Candadır sübhi-əzəldən mehri-rüxsarın sənin
Mürəbbe nədir?
Mürəbbe: dörd misralı bəndlərdən ibarət şeir.
Candadır sübhi-əzəldən mehri-rüxsarın sənin,
Nola ta şami-əbəd olsam tələbkarın sənin,
İmdi cana bulmamış min aşiqi-zarın sənin.
“Ey əzəldən ta əbəd könlüm giriftarın sənin,
Çarə qıl kim, buldu canım əsrü qəmxarın sənin!
Tutdular təşxisi-dərd içün müaliclər rəgim,
Tapdı bu sihhət ki, sihhətdən yəqindir ölməgim,
Çün yəqin oldu dəvasız dərdilən can verməgim,
“Can verir çağında, Tanrıçün, qaşımğa gəl, bəgim,
Bari görmüş bulğa min bir ləhzə didarın sənin.”
Xublarını imtəhan qılmaqda çox çəkdim cəfa,
Naleyi-zarilə bildim, dərdi-dil bulmaz şəfa.
Mən sınadım, şimdi sən pəndim eşit, qıl iktifa,
“Çünki xublar məzhəbində yox imiş rəsmi-vəfa,
Ey könül, nə yerə yetgay naleyi-zarın sənin?”
Könlüm aldı ol iki əyyari-çeşmi-pürxumar,
Şimdi can qəsdin həm etmişlər nə məkrilən ki, var,
Ürf içində olsa hər əyyar qövli üstüvar,
“Şər’ilən gər tutsalar əsrük sözinə e’tibar,
Qanıma vergay danuqluq iki əyyarın sənin.”
Sanma cövr etsən Füzuli incinib tərkin qılə,
Gər cəfa qıl, gər vəfa canim fəda sən qatilə,
Mən xud öldüm, imdi sən tiği-cəfa alıb ələ,
“Lütfini öldürsən, ey dilbər, cəfa tiği bilə,
Anda həm bolğay mənim ruhim mədədkarın sənin.”
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-texmis-5-candadir-subhi-ezelden-mehri-ruxsarin-senin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Fəth olunmuş kirpiyin tiğilə eşqin kişvəri.
Rəhi-eşqə düşəli yarım olubdur tovfiqYoxdur tovfiqdən özgə mənə bu yolda rəfiq.
Tərk etdi yar, etdi məni biqərar eşqŞamü səhər olubdur işim ahü zari-eşq.
Könül dərdi sənin eşqindən olmuş aşiqə hasilNə hasil kim, bu dərdi-dildən oldun sən özün qafil.
Başqa şairlərin şeirləri · Eşq
Gülün fədası olan bülbülün nəvasına bax,Üzari-yarı sevən aşiqin səfasına bax!
MənəmQanlı rəqib, nədir sözün bir qərəzAləm sənin olsun, nazlı yar mənəm
On səkkiz yaşında...Çatır son mənzilə ömrün karvanıƏlli il yol gəldik bu səhrada biz.
Söz səndənNazlı dilbər, gəl ixtilat eyləyək,Sazı məndən, simi məndən, söz səndən.