باغ حسن از گل رخسار تو دارد رونقکشور عشق بتیغ مژه ات یافت نسق

Hüsn bağı gül camalından alıbdır ziyvəri,Fəth olunmuş kirpiyin tiğilə eşqin kişvəri.

سالک راه ترا خون جگر زاد سفرمصحف روی ترا پیر خرد طفل سبق

Saliki-rahin üçün xuni-ciyər azuqədir,Əql pirin tifli-məktəb etdi hüsnün dəftəri.

صفت حسن تو در صفحه ایام نیافتچرخ هر چند درین نسخه بگرداند ورق

Çərxi-dövran çox çevirmişdir gözəllik dəftərin,Tapmadı vəsfi-camalın bir varaqda, ey pəri.

می برد راه بسر منزل وصل تو کسیکه بهر نیک و بدی نیست مقید مطلق

Mənzili-vəslə tapar yol dəhrdə ol kimsə kim,Yaxşı-pis qeydindən azad olmuş əvvəldən bəri.

ژنگ رشک از نم خاکیست بر آیینه مهرکه برو از گل روی تو فتادست عرق

Güzgüsü eşqin tutubdur rəng o nəm torpaqdənKim, o gül rüxsarının axmış ona inci təri.

دل سرگشته ما بی تو شد آغشته بخونچرخ را دوری خورشید دهد رنگ شفق

Qana döndü, ey gözəl, sənsiz bu viran könlümüz,Batmaq istərkən günəş al rəng çulğar göyləri.

Məqtə — şairin təxəllüsü olan son beyt. در ره عشق فضولی چه غم از کج نظرانمی رسد راست روان را مدد از جانب حق

Məqtə — şairin təxəllüsü olan son beyt. Kəc nəzərlərdən, Füzuli, qəm yemə, eşqin yoluDoğru yoldur, aşiqin bu yolda həqdir rəhbəri.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq