Tilismi-gənc üçün bin ismi-ə’zəm yad tutdun, tut!
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Tilismi-gənc üçün bin ismi-ə’zəm yad tutdun, tut!
Tilsimi sındırıb, gənci töküb, ismi unutdun, tut!
Töküb mey, cami-mey tutmaq təmənnaın çıxar başdan,
Yüküş qanlar töküb, aləmdə çox xunabə yutdun, tut!
Şərabi-nab zövqündən nə hasil, çün deyil baqi,
Riyazi-ömrə min kəz su verib, axır qurutdun, tut!
Çü nə Cəmşid bulmuşdur bəqa keyfiyyətin, nə Cəm,
Bu bəzm içrə Cəmi-Cəmşid əlindən cam tutdun, tut!
Füzuli, qıl qiyas halin əhli-dəhr halindən,
Qumarü məkrü təzviri hiyəl əhlindən utdun, tut!
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-tilismi-genc-ucun-bin-ismi-e-zem-yad-tutdun-tut
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qıldı ol sərv səhər, nazilə həmmamə xüram,Şəmi-rüxsarı ilə oldu münəvvər həmmam.
Qılsa vəslin şamımı sübhə bərabər, yox əcəbQılsa vəslin şamımı sübhə bərabər, yox əcəb;Rəsmdir fəsli-bahar olmaq bərabər ruzü şəb.
Qurutmuş qaliba şövq odu Fərhadın közü yaşınQurutmuş qaliba şövq odu Fərhadın közü yaşınKi, gər axsaydı ləl eylərdi bişək Bisütun daşın.
Qübari-səcdeyi-rahin xəti-lövhi-cəbinimdirQübari-səcdeyi-rahin xəti-lövhi-cəbinimdir,Sücudi-dərgəhin sərmayeyi-dünyavü dinimdir.
Başqa şairlərin şeirləri · Mey və meyxana
Təzədən düşdü yenə başıma sevda-sevda,Eşq odu qıldı məni aləmə rüsva-rüsva
Qaşların kamanilə sən ox vurdun qəlbiməQaşların kamanilə sən ox vurdun qəlbimə,Sinəmdən keçib batdı yaralı qəlbimə.
RəngdirUyma, ey dil, xəlqdə yoxdur sədaqət, rəngdir.Məscidü meyxanə rəng, eyşü ibadət rəngdir,
Bilməyib bu gecə bir fikri-məhal eyləmişəmBilməyib bu gecə bir fikri-məhal eyləmişəm,Arizuyi-hərəmi-bəzmi-vüsal eyləmişəm.