Qıldı ol sərv səhər, nazilə həmmamə xüram
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Qıldı ol sərv səhər, nazilə həmmamə xüram,
Şəmi-rüxsarı ilə oldu münəvvər həmmam.
Görünürdü bədəni, çaki-giribanından,
Camədən çıxdı, yeni ayını göstərdi tamam.
Niligun futəyə sardı bədəni-üryanın,
San bənəfşə içinə düşdü müqəşşər badam.
Oldu pabus şərifilə müşərrəf ləbi-hovz,
Buldu didadi-lətifilə ziya dideyi-cam.
Sandılar kim, satılır daneyi-dürri-ərəqi,
Vurdu əl kisəyə çoxlar qılıb əndişeyi-xam.
Kakilin şanə açıb, qıldı həvayi mişkin,
Tiğ muyin dağıdıb, etdi yeri ənbərfam.
Tas əlin öpdü, həsəd qıldı qara bağrımı su,
Yetdi su cisminə, rəşk aldı tənimdən aram.
Çıxdı həmmamdən o, pərdeyi-çeşmim sarınıb,
Tutdu asayiş ilə guşeyi-çeşmimdə məqam.
Mərdümi-çeşmim ayağinə rəvan su tökdü
Ki, gərək su tökülə sərvin ayağinə müdam.
Müzdi-həmmam, Füzuli, verərəm can nəqdin,
Qılmasın sərf zər ol sərvqədü siməndam.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-qildi-ol-serv-seher-nazile-hemmame-xuram
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir gün gecə bir məclisimiz vardı ki, ondan,Çox-çox uzağa qaçmış idi, dərd, qəm, hicran.
Yeddinci camın keyfiyyətiGəl, Saqi, ver ol qəndü şəkər zövqlü balı,Bir şey ki, açır qönçə kimi dərdi-vüsalı.
Mütrüb ilə söhbətBir yerdə idim bir gecə mən, Mütrüb olanda,Bir cənnətə çevrildi mənim məclisim onda.
İsmin ilə başladım, ey arizular məzhəri!Ey olan zati ğəni, ey gəncü dövlət sərvəri!