Yeddinci camın keyfiyyəti
Gəl, Saqi, ver ol qəndü şəkər zövqlü balı,Bir şey ki, açır qönçə kimi dərdi-vüsalı.Ver, ver mən içim, etmə məni bir daha təlxkam,Təlxkamlıq ilə saxlama cam tək məni sübh-şam.Saqi, o kəmal ilə dolu nəşə ki vardır,Bir nəşə ki, hal əhlinə, kamillərə yardır.Ver, ver ki, içim, uçsun uzaq dərdü məlalım,Bu cəhdlə artsın daha da əqlü kəmalım.Gəl, Saqi, o yaqut kimi xoş rəngli camdan,Namus şişəsiyçin əzəli bir daş olandan,Ver ki, üzümə zövqü şəfa nəqş eləsin qoyBu könlümə namus ilə ar bəxş eləsin qoy.Artır daha da məstliyimi ta ki, içib mən,Yeddinci qədəh ilə olum qafil özümdən.Bu nəşə ilə mən keçirib zövqli hallar,Utanmayaraqdan eləyim halımı izhar.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-yeddi-cam-yeddinci-camin-keyfiyyeti
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir gün ki, bahari-aləməfruzVermişdi cəhanə feyzi-novruz,
Bu, Məcnun atasının vaqifi-hal olduğudur və onu biyabani-möhnətdə bulduğudurGəncinəgüşayi-gəncgöftarOlmuş bu əda ilə gühərbar:
Bu, Məcnuna anası pənd verdigidir və bustani-məlamətdən xari-nəbamət dərdigidir"Key rahəti-canü nuri-didə!Fərzəndi-yeganeyi-güzidə!
Bu, Məcnunun nəsihət qəbul etmədigidir və atasının dərdi dərmana yetmədigidirMəcnun ki, eşitdi bu xitabı,Verdi bu əda ilə cəvabi:
Başqa şairlərin şeirləri · Mey və meyxana
Başına döndüyüm ay Mah xanım,Ol güllü bağlara varmışam bu gün
Sən Allah, canımı almaq istəsənElə et, azca da inciməyim mən.
Yarəb, nə nur imiş ki, məni yaxdı narınaYarəb, nə nur imiş ki, məni yaxdı narına,Yarəb, nə zat imiş ki, məni çəkdi darına?
Bu gecəDöndü murad üzrə fələkDövran bizimdir bu gecə