Qurutmuş qaliba şövq odu Fərhadın közü yaşın
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Qurutmuş qaliba şövq odu Fərhadın közü yaşın
Ki, gər axsaydı ləl eylərdi bişək Bisütun daşın.
Bəla yolunda qovğayə qaçan mən tək dözər Məcnun,
Qaçan olmaz duran tək yey bilir hər kimsə yoldaşın.
Demən göz yaşı ilə dəf olur eşq atəşi təndən,
Bu od hər yerə düşsə fərq qılmaz qurusun, yaşın.
Bəyani-eşqə əbəsdir lövhi-rüxsarimdə xuni-dil,
Bəsirət əhlinə zahir qılır hər nəqş nəqqaşın.
Füzuli, badəxari duzəxi der xəlq, heyranəm,
Ki, həq neyçün salıbdır cənnətə meyxana ovbaşın.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-qurutmus-qaliba-sovq-odu-ferhadin-kozu-yasin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qəlbimin də ciyərim tək o qədər parəsi var.
Səni görcək ürəyim yanmadı, xəndan olduNecə Ibrahimə od bağü gülüstan oldu.
Dil giriftar olub ol geysuyəGözüm heyran olub ol məhruyə.
Nədəndir halimə rəhmin sənin, ey məhliqa, gəlmir?Nə bütsən ki, sənin daş qəlbinə rəhmi-xuda gəlmir?
Başqa şairlərin şeirləri · Eşq
Gətməsə Batmanqılıc tranə, nəzm etməz qəbul,Cəlb edək ol zatı iovriyyəlle, Allah eşqina.
Mürəbbə: Bu məkanda müşk ənbər yeri varBu məkanda müşk ənbər yeri varQara gözlüm gəzən yerdir bu yerlər
Sən, sevgilim, bu hüsn ilə ellər nigarısan!Sən, sevgilim, bu hüsn ilə ellər nigarısan!Odlar diyarının gözəli-şəhriyarısan!
Qıj-qıjQış çiləsi Xıdır İlyas gələndə,Hərlənir gərdişi, ay elər qıj-qıj.