دل که سوزان بود خندان از رخ آن ماه شدآنچنان کآتش گل از فیض خلیل الله شد

Səni görcək ürəyim yanmadı, xəndan oldu,Necə Ibrahimə od bağü gülüstan oldu.

سینه تنگم دل خون گشته را در حبس داشتزخم پیکانت ز بهر جستن او راه شد

Sinəmin həbsinə düşdü qana dönmüş ürəyim,Zəhmi-peykanın onu tapmağa ünvan oldu.

در زنخدانت دلم از قید نام و ننگ رستمخلص یوسف ز یاران مخالف خواه شد

Dil zənəxdanın içində tapıb asudəliyi,Quyu da Yusifi-Kənanə nigahban oldu.

داد رخت شادمانی را بسیلاب سرشکتا دل محزونم از ذوق غمت آگاه شد

Yıxdı şadlıq evimi seyli-sirişk ilə mənim,Ta ki, qəm zövqünə agah dili-suzan oldu.

سوی من ره یافت هر محنت که ره گم کرده بودتا شب تاریک من روشن ز برق آه شد

Məni peyvəstə tapır hər yol itirmiş möhnət,Ta qaranlıq gecəm ahımla çırağban oldu.

قد کشیدی دیده را تاب تماشایت نماندخلعت نور نظر بر قامتت کوتاه شد

Gözümün nuru gəlib çatmadı rəna qədinə,Çünki qəddin ucalıb sərvi-xuraman oldu.

Məqtə — şairin təxəllüsü olan son beyt. کعبه ملکست و ملت درگه پیر مغانقدر دارد تا فضولی خاک این درگاه شد

Məqtə — şairin təxəllüsü olan son beyt. Millətin, məmləkətin piri-müğan Kəbəsidir,Dəfn olub orda Füzuli, belə zişan oldu.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri