Bu, Zeydin Leyli ilə Məcnunu rö'yasında gördügüdür
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
Ol məşhədə Zeyd olub mücavir,
Asari-sədaqət etdi zahir.
Tə'mir üçün etdi çox ətalar,
Tədric ilə qıldı çox binalar.
Peyvəstə hərarəti-cigərdən
Qəndili-məzarın etdi rövşən.
Carub ilə ab olan mətlub,
Müjgan ilə əşki abü carub.
Hər ləhzə qılırdı tazə matəm,
Qılmazdı fəğanü naləsin kəm.
Ol munisü müşfiqü müvafiq
Bir gecə qəribi-sübhi-sadiq,
Bimar tənində qalmayıb tab,
Qılmışdı məzara yastanıb xab;
Xab içrə göründü ol nizarə
Bir bağdə iki mahparə.
Rüxsarlərində zövqdən nur,
Bimi-qəmü dərdü qüssədən dur.
Xoşvəqtü nişatməndü dilşad,
Əğyar təərrüzündən azad.
Hər məhvəşə min fıriştəsurət
İxlas ilə olmuş əhli-xidmət.
Sordu ki: "Bular nə mahlərdir?
Nə rütbəli padşahlərdir?
Bu rövzə nə rövzeyi-bərindir,
Bu qövm nə qövmi-nazənindir?"
"Budur, - dedilər, - riyazi-rizvan,
Bu qövmi-xücəstə - hurü qılman.
Bu iki məni-xücəstərüxsar
Məcnun ilə Leyliyi-vəfadar.
Çün vadiyi-eşqə girdilər pak,
Ol paklik ilə oldular xak,
Mənzilləri oldu baği-rizvan,
Çakərləri oldu hurü qılman,
Çün bunda riza verib qəzaya,
Səbr eylədilər qərnü bəlaya,
Getdikdə cəhani-bivəfadan,
Qurtuldular ol qəmü bəladan.
Çün Zeyd yuxudan oldu bidar,
Bu nüktəyi etdi xəlqə izhar.
Xəlqin olub e'tiqadı əfzun,
Ol qəbrə ziyarət oldu qanım.
Təmamiyi-süxən
Saqi, mütəğəyyir oldu halım,
Söyləşməyə qalmadı məcalım!
Minbə'd ziyadə vermə badə,
Rəhm eylə ki, sərxoşam ziyadə!
Xoş qəflət ilə keçirdim əyyam,
Bilmən ki, nolur işim sərəncam?
Sənnayeyi-ömr getdi əldən,
Sud etmədim etdigim əməldən.
Fəryad bu cövrdən ki, gərdun
Əhvalımı eylədi digərgun.
Dün dideyi-tər qılıb gühərbar,
Gərduna dedim ki: "Ey cəfakar!
Hərgiz rəvişindən olmadım şad,
Dami-qəmü möhnətindən azad.
Əhbaba nəqiz dövr edərsən,
Ərbabi-kəmala cövr edərsən.
Məcnun əgər olsa idi cahil,
Olmazdım itaətində kahil,
Fərmanına inqiyad edərdin,
Könlünü müdam şad edərdin.
Əhli-hünər olduğu səbəbdən,
Sahibnəzər olduğu səbəbdən,
Əqranı içində xar qıldın,
Biizzətü e'tibar qıldın.
Leyli gər olaydı bir həyasız,
Ya, sən kimi mehrsiz, vəfasız,
Olmazdı ona həmişə cövrün,
Kamınca müdam olurdu dövrün.
Fəzl əhlinə mayil olduğundan,
İdrak ilə kamü olduğundan,
Daim qəm əlində zar qıldın,
Aşüfteyi-ruzigar qıldın.
Mən həm gər olaydım əhli-təzvir,
Etməzdin ianətimdə təqsir.
Səndən qərəzim olub sərəncam,
Dövründə mənə olurdu aram.
Çün əhli-vüqarü nəngü arəm,
Cövrünlə həmişə xarü zarəm.
Bu üzdən imiş sənin mədarın,
Var, indi ki, yoxdur e'tibarın!"
Gərdun eşidib mənim itabım,
Verdi bu əda ilə cəvabım:
"K'ey surəti-haldən xəbərsiz!
Hər hikmətə eyb edən hünərsiz!
Mən əmrə müvafiq eylərəm dövr,
Hikmətdə vəfadır etdigim cövr.
Əmma, sən edən əməl xətadır
Kim, piri-təriqətin həvadır.
Şairtiyə iftixar edibsən,
Kizbi özünə şüar edibsən.
Məcnun dedigin vücudi-kamil
Hər danişə məndən oldu qabil.
Divanə ona sən eylədin ad,
Səndən ona yetdi zülmü bidad!
Leyli dedigin məhi-təmami,
Mən pərdədə saxladım girami.
Rüsvayi-xəlayiq eylədin sən,
Min tə'nəyə layiq eylədin sən.
Gəh İbni Səlama zülmü ilhaq,
Gəh Növfələ qədri qıldın itlaq.
Şərm et, bu nə hərzədir, nə möhməl?
Nə İbni Səlamü qanğı Növfəl?
Şərh eyləmək istədin fəsanə,
Qıldın sözə onları bəhanə.
Gördü çürümüş sümüklər azar,
Töhmətlərinə olub giriftar,
Əmvat məzaliminə girdin,
Asudələrə əzab verdin.
Cürmünə olanda xəlq mülzəm,
Lazım sorulur bu iftira həm.
Olmazmı bu baisi-əzabın?
Bu məsələdə nədir cəvabın?"
Cəvabi-məsələ
Ey tutiyi-bustani-göftar,
Sərrafı-süxən, Füzuliyi-zar!
Aldanma, əgər sipehri-laib,
Tə'n itə sənə dedisə kazib.
Əş'arə yaman deyib usanma,
Sərmayeyi-nəzmi səhl sanma!
Sözdür gühəri-xəzaneyi-dil,
İzhari-sifati-zatə qabil!
Can sözdür, əgər bilirsə insan,
Sözdür ki, deyərlər, özgədir can.
Bİllah, bu yamanmıdır ki, hala
Əmvata söz ilə verdin əhya?
Məcnun ilə Leyliyi qılıb yad,
Ərvahlarını eylədin şad?
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-leyli-ve-mecnun-70
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hər dəm üzə açdım iki yüz seyl ilə tufan.
Açanda göz üzünə aşiqin, olur heyranAxıb gedər üzümə sel kimi ciyərdən qan.
Qan içən dilbərimin şüğli cəfadır, bilirəmIşi daim bu yazıq qəlbə cəzadır, bilirəm.
Var nə təqsirim yenə mən çeşmi-yardan düşmüşəm?Mötəbərdim, heyf, indi etibardan düşmüşəm.
Başqa şairlərin şeirləri
Havayı həvəsə ciyərin yaxma,Ərənlər verdiyi gözə yazıqdır.
Əvvəl AllahƏvvəl Allah – imdi qüvvətHind elinin saf ürəkli ərləri!
İbrahim bəy AzərəVerməsiz, bais nədir, bu pirə müddətdir dügi,Muxlisi-dirinəyə, axır nə mürvətdir, dügi,
SamovarBir şux sənəm tərfəcə dilbərdi samovar,Bir qədi səhi sərvi-sənubərdi samovar,