İbrahim bəy Azərə
Verməsiz, bais nədir, bu pirə müddətdir dügi,Muxlisi-dirinəyə, axır nə mürvətdir, dügi,Çakərə bəxş eylər ağa, rəsmü adətdir, dügi,Cismə asayiş verir, çəşmə bəsiratdir dügi;Olmasa bir xanədə, ənduhü xiffətdir, dügi.
Sənsən ancaq bir əmiri-pakzadə canişinKim, onun məddahı məxluqi-səmavatü zəmin,Ədli bimanəndü həmta, bəzlü cudi biqərin,Baxma təhrikinə, mütləq, narə bədxahi-ləin,Desələr filaniyə vermək nə nisbətdir dügi.
Güc verir çəltigə ildə mərdümi-Tərtərbasar,Xoş onun əhvalına hər kim ki, onda mülki var;Döydürüb anbara payız doldurur tağar-tağar,Həm özü məsrəf qılır, həm Qələdə yük-yük satar.Netmişik, yarəb, bizim yerlərdə bidətdir dügi
Hiç kafər olmasın bu dəhrdə övqatsız,Yemək olmaz çörəyi, zinhar, əppək qatısız,Adəmin canın alır yoxluq sübut-isbatsız,Əmri-müşküldür dolanmaq gərçi malsız, atsız,Bənzəməz onlara hərgiz, özgə nemətdir dügi.
Sərdtərdir, onda yox əsla yübusət maş tək,Kef gətirsin badəvəş, ya şireyi-xaşxaş tək,Dir həzm olsun və ya inki bədəndə daş tək,Hər məzacilə süluk eylər qohum-qardaş tək,Filməsəl pakizə həmdərdü xoş-ülfətdir dügi.
İşgənə kimdir, onun yanında basdırma nədir?!Ya bağırsaqdan dəxi büryan qovurma nədir?!Qəlyə içi dop-dolu kişmiş, ərik, xurma nəidir?!Qatı ondan olmasa, küftə nədir, dolma nədir?!Saxlasın tanrı hər afətdən qənimətdir dügi.
Şamə bir boşqab plov, bu şərt əndək yumuşaq,Cani-babadır xüsusən yağı olsa tazə yağ,Vay bir gün olmaya, gəl gör nədir qaşü qabaq,Qoyma keçsin mənzuri-mətləb, iki çətvertdir dügi.
Əğniya, bil ki, plovsuz bir gecə şam eyləməz,Gəlməsə kəfgir səsi səminə, aram eyləməz,Çay, qəhvə adəmi, billah, nikunam eləməz,Kari-xeyrə onsuz əsla kimsə iqdam eyləməz,Xəlq ara həm rövnəqi-bəzmi-müsibətdir dügi.
Kibriya vermiş ona bir növ xoşrəftarlıq,Şüğlü kari daima qəm əhlinə qəmxarlıq,
Hiç təndə eyləməz azürdəlik, bizarlıq,Eylər əmrazi-ğonidə həm təbibə yarlıq,Bəzi rəncürə özü tənha kifayətdir dügi.
Həmnişindir daima evdə əyal-ətfal ilə,Pak edər girdü qubarın xublər ğərbal ilə,Gah-gahi bərq urar inci sifət, dəsmal ilə,"Qül-hüvvəllahü əhəd" söylər zəbani-hal ilə,Sufiyi-pəşminəpuşu saftiynədir dügi.
Şilə, şorba xostoyə məsrəf düşər şamü səhər,Ol səbəbdən ki, ona yağlı pulov eylər zərər,Sağ üçün hər siləsi bir silə altunə dəyər.Xah pirü, gah bürnə, xah övrət, xah ər,Müflisi bayü qəni, hər nəfsə hacətdir dügi.
Düşsə hər bəzmə güzarı, şəm tək pürnur edər.Xancyi-eyşü nişatı vəsliilə məmur edər,Dövr çövrindən mükəddər xatiri məsrur edər.Ləşkəri-cui çıxardıb mülki-dildən dur edər,Bir dilavər pəhləvanü əhli-cürətdir dügi.
Pirlikdə nanü həlvayi-doşabı neylirəm,Otuz ikidən biri yoxdur, kəbabı neylirəm.Bəsdi bir bişmiş, iyirmi dörd əzabı neylirəm.Mədəyə hər şey ki, salsa inqilabı, neylirəm.Qoy qazanı üstə. övrət, biməzərrətdir dügi.
Yoxdur aləmdə belə bir qatili-səfravü xun,Xilti-sövdanı qılır bilmərrə məğlubü zəbun,Çareyi-əmrazi-bəlğəmdə təbibə rəhnümun,Ruzi-şəb təfrihi-qəlbü mərhəmi-rəşi-dərun,Nayeyi-suzi-ətəş, dəfi-hərarətdir dügi.
Adəmi cənnətdən ixrac etdi gəndüm danəsi,Arpanın kimdir cahanda valehü divanəsi,Olmasın ərzən yatağı heç kimin kaşanəsi!Gərçi məmlüvdür sərasər həqq mehmanxanəsi,Cümlə ətamə vəlakin ziybü ziynətdir dügi.
Əhmədi-Muxtar, Xətmi-Ənbiya səlli-cəmal,Şəfeyi-ruzi-qiyamət, mədəni-fəzlü kəmal,Eylədi həft asimanə seyr, dərdəm, çün xəyal,Ondan əfzun qədrdə olsaydı bir şəv, Zülcəlal –Bəs neçün ol sərvəri-nasə ziyafətdir dügi?!
Dəstinə alma Müqimin məhz biyca nüsxəsin,Əkbər oğlu Hacının bihudə əşya nüsxəsin;Özlərin dana sanır, bilməz müdava nüsxəsin,Görməşəm mən güllübüm haziq ətibba nüsxəsin,Eyləmişlər təcrübə, məqruni-sihhətdir dügi.
Qoyma qalsın Zakiri dami-bəladə, qayğuda,Nə rəva piranəsərlikdə ki, xuni-dil uda;Yağı vursa yeydi, bir karvan qılınca busquda,Verə bildikcə verib Hindarxında, Hacılluda.Qadiri-biçun deyirlər kim, qiyamətdir dügi.
Kitabxana.az · https://kitabxana.az/works/zakir-ibrahim-bey-azere-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Oğlum imtahandan kəsilib dünən,O yaxşı bilməyib tarix dərsini...
Hərb ilahi qarşısındaEy odlu şəhpərilə saçan zəhri-intiqam!Ey hərb ilahi! Ey sırıtan kinli əjdaha!
“Ay bülbüllər” nəğməsini dinlərkənSoyuq əsdi isti yellər,Tufan qopdu, axdı sellər,
Nə DediSeyyid həvadarım qəm xiridarımƏrzi-canana dedin nə dedi