Ey kilki-rəvəndə, barəkallah!Oldun məni-rəhnəvərdə həmrah.

Min sə'y ilə hacətim bitirdin,Bir mənzilə aqibət yetirdin.

Rəhmət sənə kim, sən etdin imdad,Bu əski binayı etdin abad:

Əşk ilə biruni siməndud,Ah ilə dəruni ənbəralud,

Məxzənləri gənci-gövhəri-dərd,Rövzənləri mənfəzi-dəmi-sərd.

Əlqissə, mürəttəb oldu bir bağ,Zər laləsi bağrı üzrə yüz dağ.

Xuni-cigər abi-cuyban,Növki-müjə əbri-növbəharı.

Ol dəm ki, bu nüsxə oldu mərqum,"Leyli-Məcnun" adıyla mövsum,

İzharə gəlib rümuzi-vəhdət,Vəhdətdə təmam olub hekayət,

Tarixinə düşdülər müvafiq:Bir olmaq ilə ol iki aşiq.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri