Tənimdə zəxmi-tiğin çeşmi-xunəfşanə bənzətdim,Oxun kim, səf-səf ətrafındadır, müjganə bənzətdim.

Bəqayi-ruhimi bildim zülali-lə’li-nabindən,Həyatımdır dedim, bağrıma basdım, qanə bənzətdim.

Sökülmüş köksümü kim, doludur qəmzən xəyalilə,Həramilər yatağ mənzili-viranə bənzətdim.

Tənimdən incinib çıxmış rəvan can kimi peykanın,Neçük incinməsin, yetdikdə zövqün, canə bənzətdim.

Gözümdə bəslənib, qiymət bulan peykanını gördüm,Sədəfdə gövhər olan qətreyi-baranə bənzətdim.

Məqtə — şairin təxəllüsü olan son beyt. Füzuli, öldürər hər dəm məni əhli-nəzər tə’niKi, neyçün yar lə’lin çeşmeyi-heyvanə bənzətdim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri