Ey geyib gülgün, dəmadəm əzmi-cövlan eyləyən
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Ey geyib gülgün, dəmadəm əzmi-cövlan eyləyən,
Hər tərəf cövlan edib, döndükcə yüz qan eyləyən.
Ey məni məhrum edib bəzmi-vüsalından müdam,
Qeyri xani-iltifati üzrə mehman eyləyən.
Ey dəmadəm rəşk tiğilə mənim qanım töküb,
Mey içib, əğyar ilə seyri-gülüstan eyləyən.
Bunca kim, əfğanımı, ey məh, eşitdin gecələr,
Demədin bir gecə kimdir bunca əfğan eyləyən?
Nola gər cəmiyyəti-xatirdən olsam naümid,
Cəm olurmu xublər zülfü pərişan eyləyən?
Yar dün çəkmişdi qətlim qəsdinə tiği-cəfa,
Yetməsin məqsudinə, ya rəb pəşiman eyləyən.
Eşq dərdilə olur aşiq mizaci müstəqim,
Düşmənimdir dostlar bu dərdə dərman eyləyən.
Zahidin tən ilə döndərdim üzün mehrabdən,
Necə bulmaz əcr, min kafir müsəlman eyləyən.
Dərdi-hicran natəvan etmiş Füzuli xəstəni,
Yoxmudur, ya rəb, dəvayi-dərdi-hicran eyləyən?!
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-ey-geyib-gulgyn-demadem-ezmi-covlan-eyleyen
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Könül, səccadəyə basma ayaq, təsbihə əl vurma,Namaz əhlinə uyma, onlar ilə durma, oturma!
Könüldə min qəmim vardır ki, pünhan eyləmək olmazKönüldə min qəmim vardır ki, pünhan eyləmək olmaz,Bu həm bir qəm ki, el tənindən əfğan eyləmək olmaz.
Kimsədə rüxsarına taqəti-nəzzarə yoxKimsədə rüxsarına taqəti-nəzzarə yox,Aşiqi öldürdü şövq, bir nəzərə çarə yox.
Kuhikən künd eyləmiş min tişəni bir dağilənKuhikən künd eyləmiş min tişəni bir dağilən,Mən qoparıb salmışam min daği bir dırnağilən.