Kuhikən künd eyləmiş min tişəni bir dağilən
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Kuhikən künd eyləmiş min tişəni bir dağilən,
Mən qoparıb salmışam min daği bir dırnağilən.
Qəm yolunda mən qalıb, getdisə Məcnun, yox əcəb,
Sayruya düşvardır həmrəhlik etmək sağ ilən.
Gərdi-rahın verməsə göz yaşinə təskin nola,
Tutmaq olmaz böylə seylabın yolun toprağilən.
Qəm oğurlar eşq bazarında nəqdi-ömrümü,
Qılmaq olmaz sud sevdadə yaman ortağilən.
Rövzeyi-kuyində bulmuşdur Füzuli bir məqam
Kim, ona cənnət quşu yetməz min il uçmağilən.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-kuhiken-kund-eylemis-min-tiseni-bir-dagilen
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Çəkib xəncər yazıq aşiqlərə, sən qəsdi-can etdin.
Boy atıbsan sərv tək, bir afəti-can olmusanParlayıb bir gün kimi, aşubi-dövran olmusan.
Ya rəbb, o dərdsiz dərdimə dərman edər, ya yox?Bir dərdə düçarəm, ona çarə edər, ya yox?
Nə xəta çıxmış əlimdən, salmısan gözdən məniMehrini əğyarə saldın, böylə bilməzdim səni.
Başqa şairlərin şeirləri
Hər kimin müsahibi yoxdur gəlməsin meydan ara,Ona yol yoxdur gəzib seyr eyləyə ümman ara.
Qit'ə: Nazirə söylədim mənə şam gətirNazirə söylədim: mənə şam gətir,Dedi: vallah dolanmıram əlinki
AhındanƏtəmasım budur, ey şahlar şahı,Həzər elə biçarələr ahından,
FilankəsNə zamandı yar həsrətin çəkirəm,Sığal verir qaşa, gözə filankəs.