Ey gül, nə əcəb silsileyi-mişki-tərin var
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Ey gül, nə əcəb silsileyi-mişki-tərin var,
Vey sərv, nə xoş can alıcı işvələrin var!
Acıtdı məni acı sözün, tünd nigahın,
Ey nəxli-məlahət, nə bəla təlx bərin var!
Peykanları ilə doludur çeşmi-pürabım,
Ey bəhr, sanırsan sənin ancaq göhərin var?!
Ol səngdilə naleyi-zarın əsər etmiş,
Ey dil, sənə bu zövq yetər, ta əsərin var.
Eşq içrə könül, demə ki, mən bixudəm ancaq,
Ey qafil, özündən sənin ancaq xəbərin var.
Çox baxdığına qəmzə ilən bağrın əzərsən,
Hər kimə ki, baxmazsan, onunla nəzərin var.
Eşq əhlinə ol mah, Füzuli, nəzər etmiş,
Sən həm özünü göstər, əgər bir hünərin var.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-ey-gul-ne-eceb-silsileyi-miski-terin-var
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qeyri kəsdən qorxmuruq, bizdən də qorxmur qeyri kəs.
Demə fəqət mənim ol yari-gül üzarımdırHamı sevir, nə mənim təkcə nazlı yarımdır.
Qəmində naleyi-zarı mənim tək heç kəsin yoxdurCahanda çeşmi-xunbarı mənim tək heç kəsin yoxdur.
Ya Rəb, bəhəqqi-xatiri-rindani-dürdnuşBir an unutmasın bizi ol piri-meyfruş.