نه من مقید آن سرو گلعذارم و بسهوای او همه دارند من ندارم و بس

Demə fəqət mənim ol yari-gül üzarımdır,Hamı sevir, nə mənim təkcə nazlı yarımdır.

اگر چه ماه و شان زیر چرخ بسیارندمیانه همه آن مهوش است یارم و بس

Gül üzlülər nola çoxdur bu çərxin altında,Olardan ancaq o məhvəş mənim nigarımdır.

ز قد و خال و خط و چهره نیست گریه منخراب کرده آن چشم پر خمارم و بس

Deyil bu ağlamağım xalü xəttü qamətdən,Məni xərab edən ol nərgisi-xumarımdır.

سواد مردم چشمم ببین خیال مکنکه هست داغ غمت در دل فکارم و بس

Gör, ey nigar, gözüm qarəsin, xəyal etməKi, tək bu dərdi çəkən qəlbi-dağidarımdır.

ز آفتاب رخش روشنست روز همههمین من از غم او تیره روزگارم و بس

Günüz işıqlanır hər gün günəş camalından,Heyif, qəmində mənim tirə ruzigarımdır.

تو نیستی چو من ای شمع در غم رخ اومن اشکبارم و نالان نه اشکبارم و بس

Üzündən ayrı onun mən tək olmasan, ey şəm,Səninki göz yaşı, nalə mənim şüarımdır.

Məqtə — şairin təxəllüsü olan son beyt. فضولی از همه خلق گشته نومیدبه لطف شاه ولایت امیدوارم و بس

Məqtə — şairin təxəllüsü olan son beyt. Füzuli, həqdi-cahandan ümidimi kəsdim,Şəhi-vilayətə ancaq ümid varımdır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq