چیده ایم از اختلاط خلق دامان هوس
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
چیده ایم از اختلاط خلق دامان هوسنه کسی پروای ما دارد نه ما پروای کس
Xəlqlə həmsöhbət olmaqdan, könül, kəsdin həvəs,Qeyri kəsdən qorxmuruq, bizdən də qorxmur qeyri kəs.
عاشقان دارند شوق گلرخان نه زاهدانگل به بلبل می زند آتش نه در هر خار و خس
Zövqünü gülrüxlərin aşiq bilir, zöhd əhli yox,Bülbülə gül od vurar yalnız, nə kim hər xarü xəs.
مردم چشمم ز مژگان اشک می ریزد ولیآب دریا کم نمی گردد بمنقار مگس
Yaş tökür kirpiklərimdən mərdümi-çeşmim, vəliXortumilə bəhrdən bir şey azaldırmı məgəs?
عزلتی دارم که در خلوت سرای بی کسیبا مسیحا هم نمی خواهم که باشم همنفس
Öylə bir bikəsliyim vardır bu tənha guşədə,Istəməm olsun Məsiha da mənimlə həmnəfəs.
عمر شد آخر دلا از ناله کردن در گذرراه چون طی گشت باید گر فغان افتد جرس
Ey könül, ömrüm qutardı, gəl keç ahü nalədən,Yol başa çatdıqda fəryad eyləməz hərgiz cərəs.
نیستم بلبل که هر ساعت سرایم بر گلیاهل توحیدم گلی دارم درین گلزار و بس
Bülbüləmmi ləhzədə cəh-cəh vuram hər bir gülə,Əhli-tovhidəm, mənə bir gül edər gülşəndə bəs.
Məqtə — şairin təxəllüsü olan son beyt. می رسد فریاد من هر شب فضولی بر فلکگرچه رو آن مه نمی گردد مرا فریادرس
Məqtə — şairin təxəllüsü olan son beyt. Ey Füzuli, hər gecə nalən ucalmış göylərə,Yarımın olmuş iti ancaq mənə fəryadrəs.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-qezel-213
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Yeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.
Gör nədirMən fələyin şərbətini içmişəm,Həmdəm olan, gəl halımı gör nədir,
DüşmüşəmMəcnunsuz çöllərin Leylisiyəm mən,İtkin yarm sorağına düşmüşəm.
– Neçin pəncərəmi döydün, ey külək?– Neçin pəncərəmi döydün, ey külək?– Odur bax, yar gəlir... Çiynində örpək!