Bu, ərbabi-vəfadan təvəqqöi-qəbuli-mə'zirətdir və əshabi-zəkadan təmənnayi-duayi-məğfirətdir
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
İnsaf ver, ey həsud, insaf,Tə'n etmə ki, cövhərin degil saf!
Əhvalımı gör xərabü müztər,Ənduhi-zəmanədən mükəddər.
Söz dairəsi degil bu əhval,İnsaf mənə kim, olmazam lal.
Məndən təmə etmə fıkri-saib,Əhvalımadır sözüm münasib.
Azdır demə cövhəri-səfasın,Bir sor ki: "Nə verdilər bəhasın?"
Billah, gər olaydı bir xiridar,Min gənci-nihan qılardım izhar.
Filcümlə bu həm ki, oldu məstur,Bir şövq ilə zövqdən degil dur.
Eybi hünər ixtiyar qılma!Şe'rim həsədin şüar qılma!
Bihudə yetər, təərrüz eylə,Gər qadir isən, cəvab söylə!
Tərk eylə təərrüzü inadiKim, vadiyi-cəhldir bu vadi!
Dəm xeyr sözündən ur dəmadəm,V'ər xeyr deməzsən - əbsəm, əbsəm!
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-leyli-ve-mecnun-72
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
O zövqdən ki, görüşdə hər aşinadən olur.
Cəmalü hüsnünə ey daima olan məğrurNədən cünun bu qədər səndə əqlə qalibdir.
Dedi Əhməd: Əli mənlə olub Harunla Musa təkŞəriklik rəmzi var bunda, kəmali-cahü izzətdir.
Dəhrdə rahətlik ümmidilə çəkmə çox əzabÇün olub biganə bu məqsəd əzəldən xilqətə.
Başqa şairlərin şeirləri
Baharın gülşən çağında,Uçar daşdan-daşa kəklik.
İstəməzSevdiyim ləblərin sərməsti olanYəqin bil saqidən şərab istəməz
Gəraylı: Xalxalın göy çəmənindəXalxalın göy çəmənində,Bir qara tel pəri gördüm,
Naz et, dedim gözələ, işvələr azdırNaz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?