Kəklik
Baharın gülşən çağında,Uçar daşdan-daşa kəklik.Ovçu görsə, səkər asta,Sinər daşdan-daşa kəklik.
Məskən salar qayalarda,Özü göyçək boyalarda,Gözdən uzaq sayalarda,Çökər daşdan daşa kəklik.
Süsənbərim göylər mahı,Ağ Aşığın qibləgahı.Əyir belim yarın ahı,Bükər başdan-başa kəklik.
Kitabxana.az · https://kitabxana.az/works/ag-asiq-allahverdi-keklik
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Hay gəlməz
Gəlib gördüm yar burada yatıbdı,Hey çağırdım, qulağıma hay gəlməz.
GürcününSallana-sallana üstümə vardı,Sataşdı gözümə xalı gürcünün.
Lövheyi-baharƏlminnətəlillah ki, bahar açdı niqabın,Gün çıxdı, üzü güldü gülüstanə səhabın,
"Vətən bağı" al-əlvandır"Vətən bağı" al-əlvandır,Yox içində xarı bülbül.