Nə veribsən, alammırsan,Suçum nədi görən, dünya?Gündə min cür üz göstərib,Min bir dona girən dünya.

El-obadan cida saldın,Neyləmişdim oda saldın,Ev-eşiyə qada saldın,Dərd üstdən dərd verən dünya.

Ağ Aşığam, taleyi kəm,Görməmişdim belə sitəm.Qolubağlı rəiyyətəm,Az gücünə güvən, dünya.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri