Ağ Aşığam xətim-kəlamdır bu gün
Ağ Aşığam xətim-kəlamdır bu gün,Cənnətül mərvaya götürün məni.Eldə bir sözümü etmədim bəyan,Cəlali üqbaya yetirin məni.
Əlacım eyləsin on iki imam,Bu fani dünyadan gedirəm nakam.Gözləyir yolumu biçarə anam,Qəbir əzabından ötürün məni.
Cəlilüşşən mələk həmdəmim ola,Ol xəlili-xəlit namazım qıla.Tez verin duamı salın da yola,Siz Bağı-cinana götürün məni.
Kitabxana.az · https://kitabxana.az/works/ag-asiq-allahverdi-ag-asigam-xetim-kelamdir-bu-gun
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Gəraylı: Ey saqi, dolana-dolana
Ey saqi, dolana-dolana,Dolduruver müştaq olana,
Qarğa bülbül yuvasındaTikan gördüm gül yerində,Cırtdan gördüm fil yerində,
Təcnis: Əhəd, lə yəzəl, vahid, yəktaƏhəd, lə yəzəl, vahid, yəkta,Salma məni gözdən ayağa hərai,
YetişirmolaƏrizə yazaram səba yellənnən,Ərizəm canana yetişirmola?