Tikan gördüm gül yerində,Cırtdan gördüm fil yerində,Dedilər yum gözlərini,Di, get, yıxıl, öl yerində

Qarğa bülbül yuvasında,Bülbüllük iddiasında,Gözüm qan ağlar, qarğalarUçsa vətən səmasında.

Çaqqallar həddi aşdılar,Tülkülər bərk ulaşdılar,Aslanlıq fikrinə düşüb,Aslanı görcək, qaçdılar.

Yığıldı bir ovuc “dəni”,Öldürsünlər başbiləni.Axtardı dara düşəndə,Cahillər, o el sevəni

El inamını qazanmaqÇətin işdir, çətin sınaq.Bu inamı qazananlarXalqı təmsil edər ancaq.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar