Düşünməyir bunu bir anGetmək üçün gələn insan:Biri cahil,Biri loğman,Biri doğru, biri yalan,Biri qatil, biri nadanGah qan içib,Gah töküb qan,

Boxçasında xeyir və şər,Olub gah bəd, gah xoş xəbər,Gümüş yığıb, qızıl yığıb,Səksən, doxsan, yüz il yığıb...

Bəzən ayıq, bəzən sərxoş,Özü çılpaq, süfrəsi boş,Köçüb öz son mənzilinəO haqq-hesab elinə.Dünyada tək adlar qalıb,Nə yaxşılar, nə yamanlarNə qəmginlər, şadlar qalıb.Getmək üçün gəlib insan,Dərk etməyir qafil bunu,Burda qonaq olduğunu.Burda qoyub gedəcəkdirHalal, haram sərvətini,Həm yalançı şöhrətini.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri