Gülməlidir
Mən dedim: “Rəng!” Yenə rəngi-mükərrər, deyirəm,Rəngidir ərzü səma, bərzəxü məhşər, deyirəm.Rəngidir ruhi bədən, məsnədü çənbər, deyirəm.Rəngidir bütgədə, atəşgədə, minbər, deyirəm.Duyaraq cümleyi-afaqə bərabər, deyirəm,Etirazın mənə, ey tazə cavan, gülməlidir.Tayiri fikrim ilə göyləri gəzdim yeksər,Ta görüm ki, nə imiş şəmsü kəvakib və qəmər.Parlayır dideyi - əcubə kimi min əxtər,Hərə ulduz arayır baxtına həp ondan əsər-Gözləyir, mənzərəsi etdi məni zirü-zəbər,“Nöh fələk”dən hanı bəs namü nişan? Gülməlidir.Parçalar gördüm uçur hər tərəfə sərgərdan,Bilmək olmaz belə saylannı - milyan-milyan.Hamı bihuş-şüur etmədə daim dövran,Ədəmi-nəzmi-nizam əqlimi qılmış heyran,Nə demək Əqrəbü Cövza, o Həməl, ya Sərətan.Vəhmdir həpsi xəyalat, inan, gülməlidir.Göyü, əflakı burax, ərzdən et əzm-kəlam,Bu nədir fırlaniyor ortada top kimi müdam?Milyon illər dönüyor, lüccədə tutmaz aram,Milyon illər edəcəkdir yenə şuğlunda davam,Neçin, aya, nəyə lazım bu təkabu, bu xuram?Ədlin olsun necə gör bu dövəran, gülməlidir.Parça bu cismi-müdəvvərdə doğulmuş insan,Bir takım gəlməlidir, bir takım ifnayə rəvan,O gələnlər, yaşayanlar gedəni görməz, aman!Bu nə qəflət, səbəbi rəngidir, ey adəmyan,Rəngi qoymuş bu kiçik şeyləri həp sərgərdan,Hirsi-sevda ona heç verməz aman, gülməlidir.Görə bildinmi bu aləmdə sədaqətdən əsər?Kimdə gördün, nə zaman? Ver bizə də barı xəbər.Müstəiddirmi sanırsan şərəfə, sidqə bəşər?Hansı bir qüvvə bunu qılmış ona müstəhzər?Bəlkə mən səhvdəyem, səhvimi, vazeh, göstər,Yoxsa bu səndəki hiddət, həyəcan gülməlidir.Bu səadət, bu təcahül, bu cəram ağlamalı,Xalq təhzibinə manedi, müdam ağlamalı.Hamı məmnundur özündən, bu, tamam ağlamalı,Hamı vermiş ferəsi-nəfsə lücam, ağlamalı.Xasü am ağlamalı, püxtəvü xam ağlamalı,Bunu inkar eləyən mötərizan gülməlidir.Rəngi anlatdı məni təcrübələr çox əyyam,Nərəyə baxdım isə rəngi göründü mənə tam.Bircə misra da qoyub Xacə bütün bəhsə xitam:“Hər kəsi ruzi-behi mitələbəd öz əyyam”1.Cam doldur mənə, ey saqiyi-şəngül, mənə cam,Mənü sən gülməlidir, pirü cavan gülməlidir.Rəngi bu dehrdə təlin eləmişdir beşəri,Gəlməz heç guşədən aləmdə ədalət xəbəriAl da tədqiq elə “Timon Afinski” əsəri,Gör: Şekspir nə deyir - Hikmətin ali pədəri,Rəngidir, rəngi-deyir, xilqətin ancaq səməri,San bir rəngə boyanmış bu cahan, gülməlidir.
Kitabxana.az · https://kitabxana.az/works/semed-mensur-gulmelidir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Uyma, ey dil, xəlqdə yoxdur sədaqət, rəngdir.Məscidü meyxanə rəng, eyşü ibadət rəngdir,
SöyüşünSöyüşün, ey nəciblər, söyüşün!Fəxri-millət ədiblər, söyüşün!
Bizdə də var, sizdə də varBir qaç ərbabi-həya sizdə də var, bizdə de var.Hədəfi-tiri-qəza sizdə də var, bizdə də var.
Səni mən sevməyirəm, sevməyirəmBir zaman millətimiz alim idi,Bilmirəm noldu ki, yatdı əbədi.
Başqa şairlərin şeirləri · Hikmət və nəsihət
Ey cavanım, sən yadıma düşəndə,Gözlərimdən qan yaş tökib ağlaram,
AğlayarKişilər ağlamaz, deyirsən mənə,Qadınlar edəndə zülüm, ağlayar.
Mən istərəm bu meydanda nər indiAy ağalar, gəlim sizə söyləyim,Mən istərəm bu meydanda nər indi.
Dünya böyük, ömür yolu bir addımDünya böyük, ömür yolu bir addım,Bir balaca eşq adası yaratdım.