Kişilər ağlamaz, deyirsən mənə,Qadınlar edəndə zülüm, ağlayar.

Ağlayar çəkəndə dağ sinəsinə,Həyatı olanda ölüm, ağlayar.

Kişilər ağlamaz deyirsən mənə,Ruhu ağrayanda, gülüm, ağlayar!

Gözümdən könlümü baxıb görsənə,Gözümdə yaşmı var, könlüm ağlayar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hikmət və nəsihət