Gah çox olduq, gah az olduq,Dərdimizi qanmaz olduq,Elə yoldular ki biziElliklə başı daz olduq.Uca dağdıq, partlatdılarYumşalıb çınqıl, toz olduq.Qartaldıq, endik zirvədənÇevrilib körpə qaz olduq.Gəldilər bizi tutmağa,Kəsib qazana atmağa.Biz qışqırdıq, qaqqıldaşdıq,Tutanın üstünə qaçdıq.Elə ki qazanda bişdik,Səhvimizi başa düşdük.“Can” dediklərimiz gəlib,Bizi süfrələrə bölüb,İştahla yeyib – içdilər,Bizim bu “qəflət”imizəQəhqəh çəkib gülüşdülər.Budur sözümün qısası:Biz olduqsa, ay balalarSiz olmayın qaz balası!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri