Vətən dərdi, vətən dərdi!Şəhid etdi neçə mərdi!

Məni yaş əyə bilməzdi,Vətən dərdi əyməsəydi,Şəhidlərə dəyən gülləÜrəyimə dəyməsəydi.

Əyildi qəddi-qamətim,Köçkün olanda millətim.Şuşam yadlara qalanda,Ağ sarayda yaşayanlarBoz çadırlara dolanda.

Qəfil Xocalı dəhşətiAğladanda bir millətiKəlbəcərim veriləndə,

Ağ sürülər düşmən eləSürüləndə,Yanar dağa döndü sinəm...Dedim: sən ey, yurdu düşmənlərə verən:Kabablığa gedən qoyunSənsən, mənəm!

Tarix boyu müti olduq,Həlim olduq,Buna görə:Belə dilim-dilim olduq.Nə dedilər bəli dedik,Boyun olduq,Axır xain qonşularaBiz kabablıq qoyun olduq.

Laçın dağdı, təpələndi,Orda da qan ləpələndi.Ağ evlərdə yaşayanlarBoz düzlərə səpələndi.Naxçıvana, Qazaxa daUzandı erməni fəndi...Orda məsum körpələr dəBeləyində güllələndi.Zəbt olunmuş şəhərlərin,Kəndlərin ağ külü qaldı.Erməni minnətdarlığıDuz-çörəyə belə oldu.Saçlarımın hər teliniBu dərdlərlə ağartdım mən.Qanım halal olsunBir gün adını çəkməsəm.Gözüm kor, dilim lal olsunŞad günləri qəmli ötən,Bənövşəsi qanlı bitənVətən! Vətən!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən