Qanlı Yanvar
Mənə deyirlər ki, ağlama, bəsdi!Necə ağlamayım, millət ağlayır.Başımız üstündən tufanlar əsdi,Xalqıma edilən zillət ağlayır.
Bizim haqlarımız tank təkərləriAltında əzilib, qana batıbdır.Qırılıb vətənin igid ərləri,Bu torpaq altında mərdlər yatıbdır.
Qan qızıl boyadı qara torpağı,Düşdü gənc oğullar nahaq qırğına.Bir xalqın köksünə çəkdilər dağı,Ey dünya! Nə üçün dözürsən buna?
Bu qanlı torpağı öpməyə gəlin,Siz ey torpağına qan çilənənlər!Eşidin səsini tək qalmış elin,Ey vətən yolunda oğul verənlər!Gəlin, ey gözləri odlar görənlər!
Kitabxana.az · https://kitabxana.az/works/mirvarid-dilbazi-qanli-yanvar
← → düymələri ilə keçid, R — təsadüfi şeir