Əfqan torpağında qalanlarım
Getdi cavanlarım, dönmədi geri,Uzaq səhralarda qəbirlər qaldı,Çaldı qapıları ölüm xəbəri,Torpağın altında gənclər qocaldı.Qərib qəbirlərin üstündə hər anSəhra küləkləri əsib, ağladı.Başdaşlarını da insafsız zamanƏyib yanı üstə tez torpaqladı.Qaldı torpaq altda adlar, ünvanlar,O səngər sinəli cavan oğlanlarGedib gəlmədilər bir daha geriÇaldı qapıları ölüm xəbəri.
Əfqan torpağında tökülən qanlarAna göz yaşıdır, oğul qanıdır.Bu qəmli günlərin şahidi olanŞairlər, dünyanın pərişanıdır.
Kitabxana.az · https://kitabxana.az/works/mirvarid-dilbazi-efqan-torpaginda-qalanlarim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Ölüm
Görsəm, ey gül, ölərəm bir də səni xarilə,Əvvəl öldür məni, get sonra gəz əğyar ilə.
Mənə DilbərQız, belə gəzməyin aşıq öldürür,Telindən tel ayır sat mənə, Dilbər!
رفت آنکه فیلسوف جهان بود و بر جهاندرهای آسمان معانی گشوده بود
HekayətNuşirəvan əsrində bir nəfər zalım bir zəifə bir qapaz vurmuşdu.Nuşirəvan qapaz vuran şəxsin qətlinə hökm elədi. Həlak elədilər.