Görsəm, ey gül, ölərəm bir də səni xarilə
Görsəm, ey gül, ölərəm bir də səni xarilə,Əvvəl öldür məni, get sonra gəz əğyar ilə.
Əhd qıldın ki, vəfasızlığı tərk eyləyəsən,Varsan, əhsən sənə öz etdiyin iqrar ilə.
Sünbüli-zülfünə çoxdan vurulub badi-səba,Gecə-gündüz keçirir ömrünü gülzar ilə.
Tapmamışdır hələ bülbül sənə bənzər bir gül,Bağdən-bağə gəzir dideyi-xunbar ilə.
Qamətin sərvi, gözün nərgisi gözdən saldı,Dəhənin qönçəni lal eylədi güftar ilə.
Dil gözün fikrinə çox düşdü, xəyal eyləmədi:Rahət olmaz qoşulan məsti-xətakar ilə.
Dövlətim, simü zərim olmasa, Vahid, xoşdur,Gənci-təbim doludur gövhəri-əşar ilə.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-gorsem-ey-gul-olerem-bir-de-seni-xarile
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Çıxdı səd heyf, əlimizdən ol ədalət kani,O juliklər yatağı, köhnə Quba meydani.
İnsan oluramŞüəralıq rəvişin tərk edib insan oluram,Nola, divanə isəm, aqili-dövran oluram.
YatıramMən də, ay can, nə qədər yatsa müsəlman, yatıram,Məni dindirmə, qoy asudə, ay oğlan, yatıram.
QoçuBir qoçuydum, çoxdu qabaq hörmətim,Xalqı döyüb, söymək idi sənətim,
Başqa şairlərin şeirləri · Eşq
Nə qəm, illər sovuşur,getdikcə artır yaşım.
Yadıma düşdüDilbər ehtiramla, mərhəmət ilə,Yanıma gəldiyi yadıma düşdü.
Pərişan etmişəm zülfü-pərişanı, ağan camPerişan etmişəm zülfü-pərişanı, ağan cam,Pərişan etmək olmur hiç dünyam, ağan cam.
GörünməzNazənin gözəllər seyrə gedirlər,Ol mahi-tabanım hani görünməz,