Yatıram
Mən də, ay can, nə qədər yatsa müsəlman, yatıram,Məni dindirmə, qoy asudə, ay oğlan, yatıram.
Adət olmuş bizə çün ruzi-əzəldən yatmaq,O səbəb sübhü məsa mən dəxi hər an yatıram.
Xızrtək rahinuma olmaram hər gümrahə,Nuh isəm, aləm ara qopsa da tufan, yatıram.
Qabil övladıyam, Adəm babamın vəchi budur,Olaram, yatmasam, axırda peşiman, yatıram.
Həşr gər qopsa ayılmam, elə bədxabəm kim,Hər zaman şamü səhər, vəxt obaşdan yatıram.
Ruzü şəb ağlasa övladi-vətən qəm yemərəm,Mərdi-xoşbəxtəm özüm xürrəmi-xəndan yatıram.
Etmərəm sakit əgər bir-birin öldürsə əvam,Çünki yox məndə o qeyrət ki gedim, qan, yatıram.
Qırılıb yoxsul acından yata bilməzsə, nə qəm,Mən yeyib hər gecə keyf ilə fisincan, yatıram.
Mən haman Qahir idim, xalq mənə tabe idi,İndi bir kimsə məni bilməyir insan, yatıram.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-yatiram
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gözəlim, tutma bərabər məni pərvanə ilə;O əgər şəmə yanır, mən ruxi-cananə ilə.
Gül sənə olmaz lətafətdə bərabər, RahiləGül sənə olmaz lətafətdə bərabər, Rahilə,Sən özün bir nazənin gülsən sərasər, Rahilə.
Keçsəydi xoş günüm gər o zülfi-siyah iləKeçsəydi xoş günüm gər o zülfi-siyah ilə,Hərgiz şikayət etməz idim suzi-ah ilə.
Hər kəs cahanda dost ola bir xeyirxah iləHər kəs cahanda dost ola bir xeyirxah ilə,Keçməz həyatı naleyü fəryadü ah ilə.