Bilgəh qəbiristanındaMuncuq kimi düzülübYumruq boyda “təpə”lərBura bulud göz yaşıGünəş bura nur ələr.Bura sinəsi dağlıDərdli analar gələrGöz yaşının selləri

Axar, daşları dələr.Baxdım heyrət içindəBurda yatır dedilər:Torpaqları bölümdəXalqı hərbi zülümdəOlan bizim körpələr.

Bir qəmli layla çaldımQəbirlərin yanındaÜrəyim parçalandıKönlümün üsyanında...

Laylay, yaralı xalqım!Laylay, yumruq təpələr!Bu təpələr qoynundaYatan məsum körpələr!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən