Mart çevrilişi qurbanlarına

Anayam, başımda illərin qarı,Solğun yanağımda göz yaşları var.Pərişan fikrimdə yurd ağrıları,Sinəmdə elə bil duz daşları var.

Öldü oğulları Azərbaycanın,Ölən də biz olduq, öldürən də biz.Verin cavabını bu axan qanın,Ey mənsəb, ey şöhrət hərislərimiz!

Düşmənə tuşlanan bu silahları,Gənclərin köksünə kim tuşladı, kim?Kim etdi bu zülmü, bu günahları?Analar ağlatdı bu qanlı höküm.

Vəzifə illəti, şöhrət illəti,Odlara salıbdır bütün milləti,Kimin fitnəsiylə qardaş-qardaşı,Öz qardaş əlilə boyayır qana?Kimdir bu dağ çəkən AZƏRBAYCANA?

Sizin gözünüzdən axan göz yaşı,Mənim gözlərimdən axır, analar!Sizin qəlbinizi yandıran odun,Tüstüsü başımdan çıxır analar.

Qadınam, anayam, şairəm mən dəOdlanır dərdlərin odu sinəmdə.Yaşlı gözləriniz mənim bu dəmdəQəmli gözlərimə baxır, analar!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən