Qafqazın qartalı
Qafqazın mərd oğlu generalCövhər Dudayevə ithaf
Yurd düşmənlərini məhv edə-edə,Qafqazın Qartalı öldü zirvədə.Gərdi qanadını dağların üstə,Bizim dağlar!... deyə,Zirvələr!... deyə,Elə bir qıy vurdu o son nəfəsdə,Dağlar silkələndi, sellər çağladı...Bu ölümə min-min millət ağladı.Sizdən nə gizlədim, ağladım mən də,Yenilməz Qartallar dağı sinəmdə.
Zirvədə doğulan dərədə ölməz!Zirvələrdən gəlir onun da səsi...Qarğa – quzqunlara yem ola bilməz,Qartallar, Şahinlər, Ərlər ölkəsi!
Kitabxana.az · https://kitabxana.az/works/mirvarid-dilbazi-qafqazin-qartali
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Ölüm
Bilüme müşg saçunı şehâ kemerlenüremNiçe ki gamzen oh ura ciğerde ferlenürem
4. Qəbrin üstə düşdü ilk qar...Bu gün səhər narın-narınQəbrin üstə töküldü qar.
Ölməkmi, yaşamaqmı?Bir an susmaq sərin torpaq altında,Qurtulmaq bu ağır, sonsuz zillətdən.
Şəhid şeirƏsirim, umdum ki, Xızrım gəlecək,Çıxdım ki, yollara edəm sorağın!