O qızı tanı
Bir zaman səninçün məftun ürəyimİndi çınqıl olmuş daşa oxşayır.
Uçuşda gördüyün “sevgi mələyin”İndi tək qanadlı quşa oxşayır.
Ürək uçmaq istər, qanadlar hanı?Hanı cavanlığın o asimanı?Hünərin var indi qoşa hörüklüQızı əvəz edən qocanı tanı!
Kitabxana.az · https://kitabxana.az/works/mirvarid-dilbazi-o-qizi-tani
← → düymələri ilə keçid, R — təsadüfi şeir