Hanı o ürək ki, onu duyaydım,Hanı o nəğmə ki, ona uyaydım,Hanı o çəmən ki, çiçəklərindənBaşıma solmayan bir tac qoyaydım.

Bizim dağ ətirli küləklər hanı?Kasası şeh dolu çiçəklər hanı?Məni uçuşlara qanadlandıranO şirin arzular, diləklər hanı?

Hanı indi mənim o nəğmələrim?Hanı o çəmən ki, gülünü dərim.Gülşən o gülşəndir, çiçəklər hanı?!Nə tez gəldi ömrün bu qış tufanı?!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar