Sən körpəsən
Sən körpəsən, mən yaşlı,Ömrüm baharlı, qışlı,Məni işdən qoyubsanSən ey xumar baxışlı.
Qurbanam gülüşünəÇətin çıxan dişinə,Mən piyada gələrəm,Çağırsan, görüşünə.
Sən əlimi tutursan,Əlim şumlanmış tarla,Sən qönçəsən, buçursan,Gəlmisən ilk baharla.
Sən bənövşə qönçəsi,Güllərin ən incəsi,Sən sübhün al şəfəqi,Mən qarlı qış gecəsi.
Sən sübhün ilk işığı,Ömrümün yaraşığı,Gül, gözünə qurbanam,Gözlərimin işığı.
Gözlərin qara gözlər,Baxırlar hara gözlər?Bir gün səni görməsəmÇəkilləm dara, gözlər.
Xumar gözün açıldı,Evimə nur saçıldı,Könlümdə illər tikənQəm sarayı uçuldu.
Baxırsan, dərinə bax!Bu “kövşən” yerinə bax!Könlümdə min yara var,Sən təkcə birinə bax!
Beş ayına girənim,Mənə həyat verənim,Sən əsam ol, mən qocaGəlim, sənə dirənim.
Dünyanın işinə bax,Yazına, qışına bax,Çəkdiyi ağır yükəNənənin yaşına bax!
Kitabxana.az · https://kitabxana.az/works/mirvarid-dilbazi-sen-korpesen
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Gəhi casusə üz tutdum, gəhi dildarə yalvardım,Bulardan naümid oldum, dönüb əğyarə yalvardım.
Qəzəl: Ey ke həmhücreyi-mayiای که همحجرهٔ مایی ورق زهد بشویوی که ثابتقدمی غیر ره عشق مپوی
Elim gələBahar gəldi bu dağlara,Gülüm gələ, gülüm gələ.
Əzəldən biz də bir şəkər ləbi sevdik sevənlər təkƏzəldən biz də bir şəkkər ləbi sevdik sevənlər tək,Olub risva ağızdan-ağıza düşdük süxənlər tək.