Bölümdə qaldıqca vətən torpağı
Yasəmən gül açıb, bəzəyib bağı,Qönçəylə dolubdur gülün budağı,Bölümdə qaldıqca vətən torpağıMən bu gözəlliyi duya bilmirəm.Bahar sevincinə uya bilmirəm.
Sarmaşıb çəməndə yenə gül-gülə,Nəğməli quşlar da gəliblər dilə,Mən elə qəmliyəm, qəmliyəm elə,Bu gözəllikləri duya bilmirəm,Bahar sevincinə uya bilmirəm.
Şuşam, Qarabağım, dağlar maralı!Siz də yaralısız, mən də yaralı,Elim düşən gündən sizdən aralıBu gözəllikləri duya bilmirəm,Bahar sevincinə uya bilmirəm.
Sinəmdə dağı var Əskiparanın,Ağrısı azalmır heç bu yaranın,Düşmənlərə qalan dağım, aranım,Sizsiz gözəlliyi duya bilmirəm,Bahar sevincinə uya bilmirəm.Gün doğub, ürəyim işıqlanmayır,Könlümdə çıraq yox, şam da yanmayır,Çoxdandır saçlarım xınalanmayır,Ürəyim şəhidlər qəbristanıdır,Gözlərimdən axan göz yaşı deyil,Şəhid qanıdır.
Kitabxana.az · https://kitabxana.az/works/mirvarid-dilbazi-bolumde-qaldiqca-veten-torpagi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Sən gedəli üzüm-gözüm gülmüyorMəndə yoxdur hal, başına döndüyüm
Könül xaki-rəhinlə birləşib, kuyin məkan etmişIki üftadəni bu hal necə gör mehriban etmiş.
QurbanBu gün bir qönçə ləb yarı sevmişəm,Dəhanında tuti dillərə qurban,
بگذار تا بماند چشمم به رهگذارانپاداش آنکه نشناخت قدر وصال یاران