Oğul! Bağlı gözünüAç, o gözünə qurban!Güllə harandan dəyib?Özüm, özünə qurban!

Yaran hardan qan verirDərin yarana qurban!Azadlıq qurban verir,Axan o qana qurban!

Köksü qızıl qan oğul,Yatıbsan, oyan, oğul!Haqq bilir yerdə qalmazHaqsız axan qan, oğul!

İllər belə dolanmaz,Ürəklər oda yanmaz,Oğul, vətən torpağıHeç zaman parçalanmaz!

Oyan, gözünə qurban,Özüm, özünə qurban!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən