Alim, yazıçı Mirzə İbrahimovun ölümünəağlayan qızı bəstəkar Sevda xanıma

Ağlama, Sevdam, ağlama!Bu gedən elin oğludur.Yaram üstə köz bağlama,Ürəyim dərdlə doludur.

Mən ildırım vurmuş dağam,Ağacdakı son yarpağam,Qoyma yağış olub yağamAğlama, Sevdam, ağlama!

Göz yaşın qəlbimə axdı,Sinəmdə şimşəklər çaxdı,Xalqımızın qəmli vaxtıAğlama, Sevdam, ağlama!

Vətəndə göz yaşı axır,Sənə yaşlı gözlər baxır...Hər evdən bir şəhid çıxır.Ağlama, Sevdam, ağlama!

O ustad millətdən getdi,Elimdən, sənətdən getdi,Ölüm haqdı, həqiqətdi,Ağlama sevdam ağlama!

Bəşəridir bil bu qırğın,Əllisində getdi Vurğun.Ata xidmətində yorğunAğlama, Sevdam, ağlama!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hikmət və nəsihət