Dünyanın bir yolu varBir başı – ölüm yolu,Bir başı – olum yolu.Bu yolun min qolu var,Güclüyə bölüm yolu,Gücsüzə zülüm yolu.Bir başı – əmək, zəhmət,Binövrəsi – həqiqətObanın, elin yolu.Ey insanlar! Siz məniBu son yolda axtarın!Ölüm, zülüm yolundaAtınızı az yorun!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri