Böhtan yazılıbdır
Bu söz, a Baba, bizlərə çoxdan yazılıbdır,Hər nə yazılıbsa, hamı böhtan yazılıbdır.
Bəsdir daha tənqid elədin xas ilə ami,Çox yazma, danışma daha, tul etmə kəlamı,Təngə gəlib istər axundu, istər əvamı,Çün hər birinə bir yekə dastan yazılıbdır,Hər nə yazılıbsa, hamı böhtan yazılıbdır.
Bu barədə bədnam elədin molla Babanı,Zalım kişi, təngə gətiribsən bu cahanı,And içmiş əlindən dəxi bu xalq nəhanı.Dur qaç, a Baba, qətlinə fərman yazılıbdır,Qatilliyə bir sahibi-iman yazılıbdır.
Əkşi, nə işin molla olub maili-ehsan,Hər gün sənə nə, dolma yeyir, yağlı fisincan.Sən də, hünərin varsa, buyur ye, a gic insan!Molla belədir, alnına ehsan yazılıbdır,Hər nə yazılıbsa, hamı böhtan yazılıbdır.Qəyyum deyilsən ki, bizimçin çalışırsan,Biz bir pis iş etdikdə nöyüt tək alışırsan.Əkşi, sənə nə, sən niyə boş-boş danışırsan?!Zalım, deyəsən, bizlərə sultan yazılıbdır,Konsul yazılıb, bəy yazılıb, xan yazılıbdır.
Dərya ola çernil, yazasan min dənə peyman,Ölsən də ki, molla yeyəcək hər gecə ehsan.Əkşi, sənə nə? Molla yazıq ölsün acından?Kim baxmaz ona vasili-niran yazılıbdır,Hər nə yazılıbsa, hamı böhtan yazılıbdır.
Kitabxana.az · https://kitabxana.az/works/cabbarli-bohtan-yazilibdir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dünən rəfiqlərdən biri mənə dedi ki, bizim müsəlman ziyalılarının, ələlxüsusartistlərinin ayrılmaz və unudulmaz bir yoldaşı varsa, o da həsəddir.
ÜstünəBax, dəyənəklə gəlmişəm indi Babanın üstünə;Pərdə çəkir neçin belə yaxşı-yamanın üstünə!?
Uzun dərya(Siyahət xatiratımdan)Babacan! Guş elə əlan sənə bir hekayət edim ünvan ki, çıxar ortalığa sirri-
Halın necədirAy Baba, söylə görüm, indiki halın necədir?Millətin halı üçün fikrü xəyalın necədir?
Başqa şairlərin şeirləri · Satira
Goldi yene Rəhim xan İranə, barəkallah!Çıxdı əceb igidtək meydanə, barəkallah!
Nakam şairO qədər yazdı ki, dəftərlərə, əldən düşdü,Çox özündən dedi, “mən”, “mən” dedi, dildən düşdü.
YorğanÇün yoxdu pulun ətləsə, dibayə, qumaşə,Çün çatmır əlin küftəyə, bozbaşa və aşə,
MinacatEy mollaların sərvətü samanı orucluq,Fəxri, şərəfi, mənbəyi-ehsanı orucluq!