Dağlılar
Ay Baba! Hər yerdə sənin əyyarların xəbər yazıb göndərirlər. Bircə dağlarqalmışdır. Onlardan heç kəs bir xəbər bilməyor. Çünki dağlılar öylə cəngavərqövmdür ki, qorxudan kimsə onlara yaxın düşə bilməyorki, işlərindən bir xəbərbilsin. Əmma necə olduysa bu günlərdə bən bədbəxt gəlib nagahan dağlılarınarasına düşdüm. Gözümü açıb özümü Dağlı məhəlləsində görcək igidliyimiyığışdırıb, istədim mayallaq vurub bir ayrı məhləyə düşüm ki, dağlılar bənigörməsinlər. Amma yenə dedim: Lənət kor şeytana!.. Dayan, bunların daişlərindən bir xəbər bil! Belə qət elədim ki, gedim bunların məscidinə: Həmicəmaət namazıqılım, həm də məscidlərdən bir xəbər bilim. Bən öylə bilirdim: orucluq ayı, ehyagünü, günorta vəqti, böylə bir gündə məscid açılmamış, nə vəqt açılacaqdır?..Müxtəsər, gəlib məscid həyətinə daxil oldum. Hər nə qədər axtardımsa, birdamcı su tapmadım, öz-özümə dedim: yəqin hər kəs öz evindədəstəmaz alub gəlir.Məscidə tərəf baxıb gördüm: Paho... məscid bağlı! Qapısında da bir dənə zorba,paslı qıfıl var!.. Pəncərənin qabağında 7-8 dənə siçan çomur-çomur oynayırlar.Dərhal anladım ki, məscidin rəisləri çox insaflı adam imiş! Çünki məscidiaçsaydılar, bu siçanlar narahat olardılar. Axşama qədər gəzdim, qayıtmaqistədikdə 15-ə qədər dağlılara rast gəldim. Hərəsinin əlində zəncir olduğu halda“Şirvanlı” məscidinə gedirdilər. Birisinə yaxınlaşıb dedim: Allah sizin rəislərinizəəcr versin çox... O biri bənə çatıb soruşdu: Sən kimsən?Dedim “Babayi-əmirinƏyyarlarındanam!” Bunu eşitcək on beş adam düşdü üstümə: Bənə zəncir... bənəzəncir... Gördüm ki, işim yaşdır, tez başımı ayağımın altına qoyub öylə atıldım ki,bir vəqt ayılıb gördüm. Çənbərəkənd qəbiristanlığındayam. O yan-bu yana baxıbgördüm heç kəs yoxdur. Yavaş-yavaş şairliyim coşa gəldi. Dərhal bir çöldə qalmışmüsəlman ayağını qapıb daşa bu sözləri yazdım. “Hər kəs inanmayorsa gediboxusun”.
Harda qaldı bəs çarıq, xırman, yaba, ay dağlılar!Bərəkallah, bərəkallah, mərhəba, ay dağlılar!
Bən dedim atınız yabanı, elmə eylərsiz həvəs,İstiyorsunuz əgər müsəlmanlara səsbəsəs,Bən bu işdən qorxur idim, qalmış idim binəfəs.Yaxşıdır, bilmişsiniz kəndiniz ürfandır əbəsHarda qaldı bəs çarıq, xırman, yaba, ay dağlılar?
Bərəkallah, bərəkallah, mərhəba, ay dağlılar!Büsbütün unutmuşsunuz əldə tapança, xəncəri,Sirr edirsiniz Rüstəm duran kimi hər bir yeri,Qeyrət üstündə mat etmişsiniz şirü-nəri.Adə zalımlar! Tamamən titrədirsiz yerləri,Əhsən! Əhsən! Bir də əhsən! Mərhəba, ay dağlılar!Harda qaldı bəs çarıq, xırman, yaba, ay dağlılar?Qeyrət təqsim edəndə sizlərə çatmış tamam,Kani-hümmət, kani-qeyrət dağlılardır xasü am.Qan töksəniz, oğruluqdur sənətiz hər sübhi-şam.Cəhd ediniz ta əldə qalsın bu gözəl işlər müdam.Harda qaldı bəs çarıq, xırman, yaba, ay dağlılar?Bərəkallah, bərəkallah, mərhəba, ay dağlılar!
Məscidiniz bağlı, siçan oynar içində sərbəsər,Məscidə hər qədər baxdım: yoxdur insandan əsər,Məscidə getmək nədir? Insan olan kəs baş kəsər!Düz yolu tapmışsınız hər bir cəhətdən müxtəsər.Harda qaldı bəs çarıq, xırman, yaba, ay dağlılar?Bərəkallah, bərəkallah, mərhəba, ay dağlılar!
Kitabxana.az · https://kitabxana.az/works/cabbarli-daglilar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir lalərüxəm, eşqimə sultan ola bilsən,Məndən qaç uzaq, vəslimə mehman ola bilsən.
Mənim TanrımMən bir zaman öz-özümdən uzaxdım,Dün bir işıq buldum, ruhuma taxdım.
Məhkum ŞərqəEy Şərq, sənin üstündə cahan çarpışıyorkən,Aləm səni bölməklə səadət bölüşüyorkən,
Müznib əfəndiTəng etmə bizə bu yekə dünyanı, a Müznib!Əl çək, mən ölüm, at bu təmənnanı, a Müznib!
Başqa şairlərin şeirləri · Satira
Kəmalü elmi xoşlama, cavansan, oğlum, ar qıl,Burax bu rahi-məktəbi, cəhaləti şüar qıl!
Yenə bəziləriKöhnəlikdir – dedi – bozbaşla qutab, bəziləri,Bağladı xeyli bu mənada kitab, bəziləri.
Gözləyən kimsə gözüm, həqqi deməz ay sənəGözləyən kimsə, gözüm, həqqi deməz ay sənə,Neçidir ay vəcahətdə ola tay sənə!
Şüğl edən surətdə ruhani danos şeytanlığıŞüğl edən surətda ruhani danos şeytanlığı,Pəndü vəzindən onun olmaz mənafe gözləmək.