Görməkdəyəm
Milləti-məhzunu binitqü nida görməkdəyəm,Mübtəladır cəhlə, dərdin bidəva görməkdəyəm.
Bağlamaq bel ya güvənmək çox çətindir zahidə,Var itilgetməz beş-on cüt, yox olardan faidə!Onlara içki-qumar olmuş pozulmaz qaidə.Hamısın millət işində biəda görməkdəyəm,Milləti-məhzunu binitqü nida görməkdəyəm.
Millətin çox yarısı hambaldır, palan ilə gəzir,Üçdədördü falçı, rəmmaldır, yalan ilə gəzir,Bir çoxu seyidnümadır, kim fəğan ilə gəzir.Cümləsin rahi-həqiqətdən cida görməkdəyəm,Milləti-məhzunu binitqü nida görəmkdəyəm.
Milyonerlər Zinkanın eşqində olmuşlar cünun,Hacılar Arşaq deyib dad eləyirlər qəlbi xun.Əcnəbilər kandarında binəvalar gör zəbun.Cümləsin mən əcnəbilərçin gəda görməkdəyəm,Milləti-məhzunu binitqü nida görməkdəyəm.Bircə bax bədbəxtliyə bu qəzetdə bihal olub,Mey yazır, dilbər yazır, şair bizə dəllal olub,Bu mühərrir də danışmaz zalım oğlu, lal olub.Cümləsin millət yolunda bisəda görməkdəyəm,Milləti-məhzunu binitqü nida görməkdəyəm.
Ay Baba, sən söylə bari millətin kirdarını,Sürt üzünə çernili, tənqid elə hər karını,Sən də, şair, söyləmə yarın ləbi-gülnarını,Milləti onsuz da şürbə canfəda görməkdəyəm,Milləti-məhzunu binitqü nida görməkdəyəm.
Yazgilən arsızları, görcək bərəltsin gözlərin,Boynu şalbandan yoğundur, seyyidin, yaz sözlərin.Müftəxordurlar axundlar, bəsləyirlər özlərin.Mollalarımızdan çoxun mən bixuda görməkdəyəm,Milləti-məhzunu binitqü nida görməkdəyəm.
Görmüşəm, görməkdəyəm, görrəm durunca ruzigar,Etməyir saziş onunla çərxi-dövri-kəcmədar.
Kitabxana.az · https://kitabxana.az/works/cabbarli-gormekdeyem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Təng etmə bizə bu yekə dünyanı, a Müznib!Əl çək, mən ölüm, at bu təmənnanı, a Müznib!
Mən bir susmaz duyğuyam ki(ŞƏRQİ)*Mən bir solmaz yarpağam ki, çiçəkləri bəzərim,
Novruz bayramına hazırlaşan müsəlmanlara töhfəPər vur, ey mürği-dili-zarim, bu möhnətxanədən,Uçgilən balalərə, seyr et mədari-aləmi!
Olacaq-olmayacaqİrza xan dün yenə vermişdi zakaz evdə qutab,Cecim üstündə noxud, lobla da bihəddü-hesab.
Başqa şairlərin şeirləri · Eşq
Boynuma kakilin, ey şux, kəmənd eyləmisən,Bir uzun fikrə mənim başımı bənd eyləmisən.
QalmasınAləmləri babət-babət yaradanNə qaldı ki qul başına gəlməsin
Yar oldunBaşına döndüyüm xubların şahı,Bir di görüm indi kimə yar oldun,
Can bülbülü olmuş zəğəni-nəfsə giriftarCan bülbülü olmuş zəğəni-nəfsə giriftar,Daim qəfəsi-sinədə eylər ona azar.