Qızlardan kişilərə protesto
Ay Baba, bu evdə oturmaq nədir?Bizlərə zindan çətindir, çətin!Bəs ki, özün yaxşı bilirsən bunu,Haləti-nisvan çətindir, çətin!
Lap kişilər təngə gətirdi bizi,Lobya, noxudvarı sanırlar qızı,Ay Baba, bu əsrdə tapmaq düzü,Sahibi-vicdan çətindir, çətin!
Qız döyülür, qız söyülür hər zaman;Oldu qızın halı yamandan yaman!Bəsdi daha, ay kişilər, əlaman!Bizdə qala can çətindir, çətin!Tanrı bizi qul yaradıbmı sizə?Kim buyurub cövrü cəfa qıl qıza?Böylə keçərsə, durarıq lap üzə,Zülm ola hər an çətindir, çətin!
Altmışillik pəzəvəngin biri,Heç özü bilməz ölüdür, ya diri,Yeddi yaşında qızın olmuş əri,Vallah, bu nisyan çətindir, çətin!
On iki yaşlı gözəl oğlan əgər,Altmış il hey döyülə sərbəsər,Altmışillik qarıya olmaz ər,Çünki bu fərman çətindir, çətin!
Biz daha anlamışıq hər işi,Zar olacaqdır əlimizdən kişi,Dinsə, başından vurarıq biz şişi,Olmasa insan, çətindir, çətin!
Biz nə qədər səbr eləyək zillətə,Cövrü cəfavü ələmü möhnətə?Haydı, qadınlar, çataq hürriyyətə!Qalsa bu dövran, çətindir, çətin!
Indi xəbərdar edirik ərləri,O yekəqurşaq, yekə peysərləri,Xoşluq ilə açmasalar dərləri,Sağ qala dərban, çətindir, çətin!
Özləri min yerdə çəkirlər səfa,Bizlər üçün günbəgün artır cəfa,Indi ki yoxdur kişilərdən vəfa,Qaçmasaq ondan, çətindir, çətin!
Söyləməsək biz də uruslar kimi:“Von kişi, burdan!” çətindir, çətin!
Kitabxana.az · https://kitabxana.az/works/cabbarli-qizlardan-kisilere-protesto
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qəlbim yanır baxınca bu çərxin mədarına,Baxdıqca zülmünə, sitəmi-aşikarına.
İncə2 pərdəli dramBirinci pərdə
Yaylağa gedirSIĞORTA ŞURASININ OTAĞINDA Yan-yana beş miz düzülmüşdür. Dördüncü mizdə makinaçı qadındır. Qabağında çay ilə dolu və boş stəkanlar.*Əhməd** (əlində kağız girib “Odalar” havasında oxuyur).
2000 pərdəƏhvalat vaqe olur Bakıda, “Kommunist” qəzeti idarəsində. Səhər alaqaranlıqda. Pərdə açılınca səhnədə kimsə görünmür. Tərcüməçilər otağının açıq pəncərəsindən qatışıq bir taqım gurultular eşidilməkdədir.*Səhnəarxasındansəslər**. Yaxşı alma! Yaxşı alma! Yablok X o roşi! Taza kök, isti qutab! Ay uşaq, milis gəlir! Isti noxud! Adə, milis gəldi... (Bu qarışıq gurultular oyunun sonunadək mütəmadi davam edir).
Başqa şairlərin şeirləri · Satira
Ey dil, dəxi dinmə və sükut et, səni tari,Lal ol və danışma.
İtaliyaDeyirlər daha qorxur Allahından İtalya,Keçir indi türklərin günahından İtalya.
QorxaqƏhvalımı pozmayındamağım çağ olanda,
Baba bəyin vəfatınaDiriğa, getdi bir-bir dərdbilənlər, fərd mən qaldım,Cahanda xatiri qəmgin, dili pürdəd mən qaldım.