Kontorçularımız
Aman, kantorçularımız, dad sizdən,Bizi zar eylədiz, fəryad sizdən!
Nə üçün bizlərə yer verməyirsiz,“Bizə lazım deyil müslüm” deyirsiz,Uşaqlar ac qalıb, rəhm etməyirsiz?Gözəldir, vallah, bir cəllad sizdən,Aman, kantorçularımız, dad sizdən!
Acından qırmaq istərsiz bizi siz;Məgər bir əcnəbidən tənbəlik biz?Veriz beş yüz yerinə bizlərə yüz...Çətindir gözləmək imdad sizdən,Aman, kantorçularımız, dad sizdən!
Gedirsən, yalvarırsan, yalvarırsan,Papağın xaki-payinə salırsan,... tək qışqırır, lap mat qalırsan.Aman, kantorçularımız, dad sizdən!Gözəldir bizlər üçün yad sizdən!
On il təhsil edib, qal həsrəti-nan,Canın çıxsın, müsəlmansan, müsəlman;Gedib sal başına bir zorba şalban.Aman, kantorçularımız, dad sizdən!Sözüm yoxdur daha, fəryad sizdən!
Kitabxana.az · https://kitabxana.az/works/cabbarli-kontorcularimiz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Səndən xəbər alım haq bilən aşiq,O nədir ki, sözü vardır, özü yox?
BilənlərəEy dil, baxırmısan gölü dərya bilənlərə,Zaği-siyahı bülbüli-şeyda bilənlərə.
EşidənlərəSevgilim əhbabi məndən qət ediblər ülfəti,Həp cüyüşi-cəhli-təsxir eləmiş həqiqəti!..
OlmasınPək az sürən baharımın canlı çiçəyi, sevimliSonama, göndərdiyi çiçəklərə qarşı yadigarım
Başqa şairlərin şeirləri · Satira
Vay, vay! Nə yaman müşgülə düşdü işim, Allah!Fəryadimə yet kim, yanıram atəşə, billah!
Mən varlıyam, sən yoxsulBeləsi də var*İnsana ta qədimdən zinət olub ömürlük –
Təxmis-məzhəkəEy sənəmi-türreyi-pürpiç tab,Kimsədə yox zərrəcə hicrində tab.
Məhərrəmdə atanın oğluna vəsiyyətiZəncirini hazırla, oğul, durma, dayanma,Yar başını, vur sinənə, insanlığı qanma.