O nədir
Səndən xəbər alım haq bilən aşiq,O nədir ki, sözü vardır, özü yox?Cavab qaytar istəyinə müvafiq,O nədir ki, özü vardır, sözü yox?
O nədir ki, bizləməsən, çalışmaz?O nədir ki, dindirsən də danışmaz?O nədir ki, xeyrə-şərə qarışmaz?O nədir ki, haqq görməyə gözü yox?
O nədir ki, vaxtı keçmiş ölməyir?O nədir ki, çox ağlayır gülməyir?O nədir ki, yaxşı-yaman bilməyir?O nədir ki, özün görər, bizi yox?
O nədir ki, Allahına pul deyir?O nədir ki, ağasına qul deyir?O nədir ki, olmaz şeyə ol deyir?O nədir ki, əyrisi var, düzü yox?
O nədir ki, mümkün ikən tapılmaz?O nədir ki, iynə satar, sap olmaz?O nədir ki, istədiyin tapılmaz?O nədir ki, arşını var, bezi yox!
O nədir ki, ayda qırx gün bağlanırO nədir ki, bir həftədə bağlanır?O nədir ki, qapısında ağlanır?O nədir ki, “yox”dan başqa sözü yox?O nədir ki, gün uzunu işləyir?O nədir ki, işləmədən dişləyir?O nədir ki, gündə birin boşlayır?O nədir ki, oğlan sevər, qızı yox?
O nədir ki, bir həsirdir, dörd divar?O nədir ki, bir qapıdır, bir açar?O nədir ki, gördüyünə göz yumar?O nədir ki, içində bir mizi yox?
O nədir ki, dəftəri çox, işi az?O nədir ki, “sabah gəl”i qurtarmaz?O nədir ki, qulaq verməz yüz min yaz?O nədir ki, qışda getsən buzu yox?
Kitabxana.az · https://kitabxana.az/works/cabbarli-o-nedir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gözümdə büsbütün aləm məzara bənzərkən,Uçar qaranlıq üfüqlərdə bir qanadlı ziya.
Əvvəlinci məclisVaqe olur Həmzənin evində. Döşənmiş otaq. Divarda bir xəncər, o biri divara bir tapança asılmış. Bir stul və bir kürsünün üstündə 2 kitab, kağız, qələm və mürəkkəb vardır. Stul üstündə Səriyyə oturub qəzet oxuyur. Bir qədərdən sonra məhzun bir halda qəzeti qoyub kitabın arasından bir şəkil götürüb deyir:S ə r i y y ə . Ah, Rüstəm! Ah! Ey məhəbbətilə pərişan olduğum! Nə üçün məni yaddan çıxartdın? Nə üçün mənim halımdan xəbərdar olmaq istəmirsən? Nə üçün öz sevgilini zalımlar əlində qoyub xilas etmirsən? Biz ki, bir-birilə əhd bağlamışdıq ölənəcən bir-birindən ayrılmayaq. Hər cür əziyyətə, məşəqqətə, hətta ölümə də razı olub əhdimizdən dönməyək. Bəs nə üçün sən əhdinə vəfa edib məni buradan azad etmirsən? Yox, Rüstəm, sən bivəfa deyilsən! Amma mümkün olmadığını mən də bilirəm. Nə çarə edəsən? Sən bir tək, amma bu zalımlar bihədd. Ah, Rüstəm, ürəyim çatlayır! Taqətim kəsilir! Səni görmək istəyirəm. Fəraqi-yardan mən zarü giryan olmuşam, ya rəb! Cəfavü zülmi-zalımdan pərişan olmuşam, ya rəb! Günüm zülmət tək tarik səhrayi-məhəbbətdə… Cidayi-şəmsü mahü çeşmü müjgan olmuşam, ya rəb!
İkinci məclisVaqe olur keçən otaqda. S ə r i y y ə tək və pərişan oturub.S ə r i y y ə . Bədbəxt canım! Neçə illər idi ümid edirdim ki, gələcəkdə Rüstəm,
Üçüncü məclisVaqe olur qayət, qəni, lakin çirkin döşənmiş A x u n dun evində.Otaq xalılar ilə döşənmiş, bir küncdə yeşik üstündə bir qədər köhnə
Başqa şairlərin şeirləri · Satira
Salus əyyara bənzətmə*Oldun tutalım, sahibi-vicdan, nəyə lazım?
Qələm arqadaşım KefsizəGəlesən, dilbir edib xəlqə mətəl yazmıyalım,Tapalım kandimize başqa əməl, yazmıyalım.
Rövzəxanın şikayətiKöhnəlik dövrü keçib, tazə hava tapmalıyıq,Xalqı aldatmağa ahənki-nəva tapmalıyıq.
NəzmEylədilər məsləhət bir neçə ağa, rəis,Ta açalar mədrəsə, məsləhəti-amra.