İkinci məclis
Səhifə 1 / 2
Vaqe olur keçən otaqda. S ə r i y y ə tək və pərişan oturub.
S ə r i y y ə . Bədbəxt canım! Neçə illər idi ümid edirdim ki, gələcəkdə Rüstəm,
əmim oğlu, istəklim ilə bəxtiyar yaşayacağam. Amma, heyhat! Ey dövrani-zalım!
Ey taleyi-bivəfa! Bumu illər ilə gözlədiyim həyat? Bumu illər ilə intizarı olduğum
istiqbal? Bumu illər ilə həsrətini çəkdiyim səadət? Beləmi günləri mən xəyalımda
bəsləyirdim? Ah! Azadə bir bülbül kimi həmişə güllər arasında gəzdiyim halda, indi gör qəza məni nələrə məhkum etmiş? Alçaq cinayətkarlar kimi məni həbsə
salıb, nökəri də üstümə zindanban qoyublar. Ilahi! Bu qədər zülm rəvamı? Ey
rəbbim! Yox! Yox! Mən dəxi bu zülmə tab edə bilmirəm. Hər nə tövr ilə olursa
olsun, mən gərək bu gün R ü s t ə mi görüb, həmin zənciriəsarəti ya tar-mar edəm, ya özüm məhv olam. Mənim dəxi səbr etməyə taqətim qalmadı. Ax! Zalım kişilər!
Ərlər! Məzlumə qadınlar! Qızlar! (Oturub yazandan sonra.) Səfər!.. Ay Səfər!..
S ə f ə r (daxil olur). Nə deyirsən?
S ə r i y y ə . Səfər! Hacı Muradalının evini görmüşsən?
S ə f ə r . Necə, Hacı Muradın?
S ə r i y y ə . Yox, Hacı Muradalının! Başa düşdün?
Səfər. Yaxşı də, bunu deynən, Hacı Murad Əli. (Boğazından deyir.) Mən də
başa düşüm!
S ə r i y y ə . Hə, deməli, başa düşdün, hə?
S ə f ə r . Əlbət ki, başa düşdüm, Murad Əli də.
S ə r i y y ə . Yaxşı, orada R ü s t ə m var, onu tanıyırsanmı?
S ə f ə r . Hansı R ü s t ə m? O küçədə Rüstəm o qədər var ki. (Fikirləşir.) Hə, o sizin qohumunuz Rüstəmi deyirsən?
S ə r i y y ə . Hə, hə, o Rüstəmi!
S ə f ə r . Tanıyıram! Sonra, nə olsun?
S ə r i y y ə . Gəl səni beş dəqiqəliyə ora göndərim.
S ə f ə r . Yox! Yox! Ağa gəlib qol-qıçımı sındırar.
S ə r i y y ə . Ağan gəlincə gedib gələrsən.
S ə f ə r . Yox! Yox! Allah xatiriyçün məndən xatanı uzaq elə.
S ə r i y y ə . Səfər! Allah rizasına mənə rəhmin gəlsin. Görürsən özün, mənə nə
qədər zülm eləyirlər. Mənə rəhmin gəlmirmi?
S ə f ə r . Ay xanım, vallah gedərəm ha! Amma mən də qorxuram.
S ə r i y y ə . Səfər! Sən gəl get, sonra bir yaxşı şey verərəm, arvadın üçün
apararsan.
S ə f ə r . Əvvəlcə ver, görüm nədir?
S ə r i y y ə (oyan-buyana baxır). Vallahı burada heç bir şeyə gümanım gəlmir.
(Boğazından ipək örpəyi açıb ona verir.) Bu ipək örpəyi əmim mənə iki-üç gün
vəfatından qabaq almışdı. Ala! Apar arvadına bağışla.
S ə f ə r (kənara). Bilirəm, dədə-babam gorbagor olacaq! Cəhənnəmə, ondan
mənə bir zərər yoxdur. Amma burada beş manatlıq şey mənə qalar. (Səriyyəyə.)
Gedirəm, amma gərək qapını qıfıllayım. Yoxsa oğru gəlib çarığımı-zadımı
oğurlayıb aparar.
S ə r i y y ə . Yaxşı qıfılla. Bax, bu kağızı verərsən Rüstəmə, bildin?
S ə f ə r . Bildim, bildim. Amma lənət kor şeytana, bilirəm Həmzə qol-qıçımı
sındıracaq, yainki, saqqalımın tükünü yolub, sifətimi arsız sifətinə döndərəcək.
(Qapını qıfıllayıb gedir.)
S ə r i y y ə . Baxın, bunlar tamam məndən ötrüdür ki, mən çıxıb qaçmayım.
Biçarə Səfər, ancaq üzümə deməyə utanır. Çarığımı apararlar, – deyə bəhanə
gətirir. Amma o zalımlar heç utanmırlar. Bir aydır pərvanəni şamdan ayıran kimi
məni də Rüstəmdən ayırıblar. Hələ srağagün anam mənə deyir ki, Rüstəm belədir,
acıqlıdır, səni döyər. Mənim dayım oğlu Qurban belə gözəldir, belə pulludur, səni
ona vermişəm. Mən də günahkar olub dedim ki, razı deyiləm. Sifətimə bir sillə
vurdu ki, qulağım cingildədi. Hələ bu gün səhər məni o qədər vurublar ki,
əndamım gömgöy göyərib. Hərgah Məhərrəm olmasaydı, məni öldürürdülər. O,
onları sakit elədi.
S ə f ə r (daxil olur). A kişi, o oğlan gəlib ki, mən də bura girəcəyəm. Mən
deyirəm olmaz. O heç qulaq asmır. İstədim qapını örtəm, itələdi. Əlim qaldı qapı
arasında, əzildi. Aman! Aman! Vay, dədəm vay!.. Deyirəm ağam deyib buraya
adam-zad buraxma.
S ə r i y y ə . Eybi yoxdur, qoy gəlsin, bu saat gedəcək!
S ə f ə r . Yox, heç yeri yoxdur.
S ə r i y y ə . Sən allah, Səfər! Burax gəlsin, indicə gedəcək.
S ə f ə r . Lənət kor şeytana, döyülməyinə döyüləcəyəm, qoy elə o da gəlsin.
(Gedir.)
R ü s t ə m daxil olur, hər ikisi qucaqlaşırlar. S ə r i y y ə ağlayır.
R ü s t ə m. Səriyyə, əhdinizdən nə tez döndünüz? Nə üçün evə gəlmirsiniz?
S ə r i y y ə . Ah, Rüstəm! Rüstəm! Mən bivəfa deyiləm. Bir aydır sənsiz
aramım yoxdur, dünya başıma dar olubdur. Amma sən məni heç axtarmırsan.
R ü s t ə m. Gözəl mələyim! Mən də fərağında məcnunam. Dörd dəfə
gəlmişəm, deyiblər ki, Səriyyə evdə yoxdur. Mən də bu işi sizing əhdi sındırmaq
istədiyinizə…
S ə r i y y ə . Ah, Rüstəm! Məni səndən ayırmaq istəyirlər. Ona görə səni içəri
buraxmırlar. Məni Qurbana veriblər. Bir çarə tap, R ü s t ə m, məni xilas et!
R ü s t ə m. Nə danışırsan? Kim bizi ayırır? Bu nə sözdür?
S ə r i y y ə . Biz əhd eləmişdik ki, ölənə kimi bir-birindən ayrılmayaq. R ü s t ə m, əhdinə vəfa et! Məni bu zindandan xilas elə!
R ü s t ə m. Gözəlim! Siz razı olmasanız , gücləmi sizi verəcəklər?
S ə r i y y ə . Bəli! Güc ilə məni razı olmağa məcbur edirlər. Budur, qapılar üzümə bağlanıb, məni burada məhbus saxlayıblar. Heç kəslə danışmağa qoymurlar
ki, dərdimi bir kimsə bilməsin. R ü s t ə m. Əzizim! Belə iş olmaz. Buna anan da razı olmaz.
S ə r i y y ə . Yox, anam onlardan da zalımdır. Onlar hamısı qət ediblər ki, səni
burada mənim yanımda görsələr öldürsünlər.
R ü s t ə m. Axı nə səbəbə, nə üçün?
S ə r iy y ə. Bu gün anam, Həmzə və oğlanları məsləhət qoydular ki, məni
Qurbana versinlər. Mən dedim ki, razı deyiləm. Bundan ötrü məni o qədər döydülər ki, ancaq Allah halımdan xəbər tutdu. Bu işlərin də baisi Həmzə ilə
anamdır.
R ü s t ə m. Səriyyə, sevgilim, belə iş olmaz! Güclə şey yaramaz. Onlar bilirlər
ki, biz bir-birindən ayrılmarıq! Belə iş eləməzlər.
S ə r i y y ə . Yox, R ü s t ə m, sən bilmirsən mənə nə zülmlər edirlər. (Ağlayır.)
R ü s t ə m. Səriyyə! Ağlama! Yenə yalvarın, görək, bəlkə rəhmləri gəldi.
S ə r i y y ə . R ü s t ə m! Yalvarmaq zamanı keçib. Əgər yalvarmaq ilə olsaydı,
mən çox yalvarmışam, ağlamışam. Heç bir şey olmur. Hər kəlmə üçün bir dəfə
döyülmüşəm.
R ü s t ə m. Bəs indi nə çarə edək?
S ə r i y y ə . Bax, bir kəlmə söz üçün məni nə cür vurublar! (Qolunu göstərir.)
R ü s t ə m. Allah, bu zülmlərə şahid ol! İllərlə ürəyimizdə bəslədiyimiz ümidləri məhv etmək istəyirlər. Atam ölmüş, daha bir kəsdən kömək diləməyə
gümanım gəlmir. Yox, Səriyyə, elə də olmaz. Lazımdır ki, bir qədər mülayimanə
yalvaraq.
Kitabxana.az · https://kitabxana.az/works/cabbarli-vefali-seriyye-ikinci-meclis
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
22-23 yaşlarında olan bu gənc çocuq vur-tut iki il idi ki, məktəbi bitirmiş, müəllimliyə başlamışdı. Bütün günləri-gecələri fikri, zehni özü ilə məşğul olduğundan bir yerə çıxmamış, kimsə tərəfindən tanınmamışdı. Ona görədir ki, bu gün böyük bir izdihama qarşı söz başlarkən ilk əldə qan beyninə vurdu. Arıq, solğun çöhrəsini xəfif bir qızartı örtdü. Yaşadığı həyəcanın şiddətindən ürəyi çırpır, bunun da nəticəsi olaraq səsi titrəyir, hətta tez-tez dili çalpaşıq vururdu.Bunun üzərinə yazıq çocuq özünü itirməsin deyə, onu həvəsləndirmək və cəsarətləndirmək üçün sanki “doğru deyirsən”, “yaxşı deyirsən”, “qorxma”, “tez bitir”, deyə sözlərini başı ilə təsdiq edirdi. Fəqət ilk əldə qorxan və indi-indi dili dolaşır kimi görünən bu gənc getdikcə sakitləşir, demək olursa, özünü öz əlinə alırdı. Çox keçmədən üzünün qızartısı itmiş, onsuz da sarımtraq çöhrəsinə xəfif bir solğunluq enmişdi. Ara-sıra dodaqlarında və səsində duyulan yüngül bir titrəyiş hələ də dərin bir həyəcan yaşadığını anladırdı. Fəqət hər halda bu gənc artıq acınacaq bir görkəm ərz edən həminki qorxaq çocuq deyildi. Qırpımdan-qırpıma kəndisini doğruldur, sözdən-sözə öz qüvvət və mənliyini bütün qurultaya hiss etdirirdi.
Altun heykəlXeybəri ufaq bir kənddir. Bu kənd, yalnız sıldırım qayalıqda bulunmasıilə mühitindəki adi kəndlərdən ayrılır.
Qara QənbərQara Qənbər böyük adam idi, özü də Şura işçisi idi. Hökumət “trestlərinin” birisində böyük qulluq sahibi idi. Bunun keçmişini az adam tanıyırdı. Amma bu özünü Şura anketlərində “fələ sinfinə mənsubam” yazırdı. Qara Qənbər öz qulluğundan çox razı idi, geniş, işıqlı kabinedə əyləşərdi. Qarabağın gön mahut çəkilmiş stul, stolun üstündə bir neçə cür telefon, yanında qapıçı, qapıda avtomobil, ya fayton həmişə bəkləyordu. Çaldığı zəngə qapıçı tez gəlirdi, guya yerdən çıxırdı.Böylə şeylər əvvəldən Qara Qənbərin kefini açardı: gah telefonu əlinə alıb onunla-bununla çox-çox qonuşardı. Gah zəngi basıb qapıçıya əmr verərdi, gah meşin portfeli qoltuğuna alıb, avtomobilə minərdi ki, görsün küçədə tanışlardan kimə rast gələr.
GülzarBu gecə bütün kənd sevinirdi. Qızlar, gəlinlər, uşaqlar, gənclər, ixtiyarlar sevinir, bütün kainat belə sevinirdi... Uşaqların bağırtısı, qızların, gəlinlərin çalğısı, yastı balabanların ən kobud ürəkləri oxşayan həzin iniltisi bir-birinə qarışıb, ümumi bir ahəng yaratmış və hər kəs bu şən gurultunun sonsuz sevinclərinə dalıb getmişdi.Bəli, bu gecə hər kəs sevinir, həm də onun səadətinə sevinirdi.
Başqa şairlərin şeirləri
Barilahim qismət etmişYaxşı yoldaşlan məni,
EdəsənBaşına döndüyüm ədalətli şahGəlmişəm dərdimə dərman edəsən
Ölümə həcvEy ölüm, oy, nə yaman siman var:Qaşqabaqlı, qara, çirkin, yassar.
Azərbaycan el marşıBiz dünyanın qorxu bilməz bir qəhrəman eliyik,Alovlardan yaranılmış Azərbaycan eliyik.