İncə
Səhifə 1 / 5
2 pərdəli dram
Birinci pərdə
Yaşıllıq, ağaclıqlar içində bir kəndciyəz. Sağdan, soldan bir neçə evin qapısı kiçik bir
meydançaya açılır. Aydınlıq bir gecə.
Pərdə açılınca Aslanbəy, Gülbudaq, Valentinov, Dmitri və bir çox əsgər oğurluğa
gedirlərmiş kimi, baxınaraq girirlər.
Aslanbəy (soldakı kiçik bir evi göstərərək). Budur qaçaq Aydəmirin daxması.
Valentinov. Indi orda kim yaşayır?
Aslanbəy. Bir anası, bir də kiçik, beş yaşında qardaşı.
Valentinov. Çox gözəl, bir bilsəydik, bəlkə də gəlmiş.
Aslanbəy. Yox hələ də gəlməmiş.
Valentinov. Kim bilir ki, bəlkə də heç gəlmədi, həm də bizi görsələr...
Aslanbəy. Yox, bu gecə ölsə, qalsa, gələcək. Yaxın yerdən bilmişəm. Özü xəbər göndərmiş.
Valentinov. Sanki peşmanlıq sözü Qafqaza girməmiş. Aydəmir bir qaçaqdır, hər bir şeydən şübhəli. Ola bilər gündə yüz yol düşünsün, daşınsın, əvvəl xəbər göndərsin, sonra fikrin döndərsin, söyləsin, gəlməsin.
Aslanbəy. Yox, o bir söz dedimi, heç bir zaman unutmaz. Bütün dünya dağılsa da, dediyini edəcək, gələcəyəm söylədisə, ölsə, qalsa, gələcək.
Valentinov (Dmitriyə). Aslanbəyin buyurduğu doğrudur. Onu mən də eşitdim. Bir də bir şeyi unutdum. Özü nə cür adamdır, nə cür paltar geyinmiş?
Aslanbəy. 19 yaşında çubuq uşaq. Üç ay var ki görməmişəm, geyimini bilmirəm. Ancaq yazıq Əsədbəyi yaralayıb qaçarkən bir qırmızı cuxa vardı əynində. Ondan sonra kəndə ayaq basmamış, meşədəki qaçaqları toplamış.
Valentinov. Təkmi gələr?
Aslanbəy. Kim bilir? Dəstəsində adam çox...
Valentinov. Fəqət mənim barmağım da yaralı. Tək də olsa, heç bir güllə ata bilmərəm. Sən bir qədər yaxın yerdə daldalan. Bir şey olsa, haman gəl. Mən dayana bilmirəm, barmağım bərk ağrıyır. Kazaklar da bu yerlərə elə tanış deyillər.
Aslanbəy. Ancaq, Valentinov, əziz əfəndim, bu gün tutub sabah buraxmasınlar. Yoxsa...
Valentinov. Tutulması çətindir. Gerisindən qorxmayın.
Aslanbəy. Mənim artıq dayanmağım gərəksizdir, deyilmi?
Valentinov (kazaklara). Çox gözəl, gedib söylədiyim yerlərdə ayrı-ayrı gizlənin. Dmitrini dinləyin. Atmaq lazım gələrsə, qaranlıqda çaşıb bir-birinizi vurmayasınız. Haydı, hər kəs yerinə! (Kazaklar haman dörd tərəfə qaçışıb gizlənirlər.)
Valentinov (Dmitriyə). Sən də gözlə, çaşma ha! Bu heyvanlar üstündə güllə bizə dəyməsin. Bu tülkünün pulu çox. Həm də sağmal bir inək. Bu gecədən yaxşı çıxsaq, sonrasına baxarıq. Bu kənd bütün bu tülküyə baxır ha! Nüfuzu çox, həm də böyük bir mülkədar oğludur. Aydəmir də, mən biləni, kimsəsiz bir uşaqdır. Həm də mərd, çox igid olmalı ki, bu tülkünü qorxuzmuş. Fəqət bizim vəzifəmiz müəyyən. Çayın daşı, çölün quşu, istər hamısı qırılsın...
Aslanbəy. Mən gedimmi?
Tarverdi (öz-özünə oxuyaraq daxil olur.) Pulum varsa, günüm varsa, yalan sözüm həqiqət. Haqsızam da haqlıyam. Pulum yoxsa, gücüm yoxsa doğru sözə nə hacət? Haqlıyam da haqsızam!
Valentinov (onu görüncə diksinib ürkərək). Kimdir ey?
Tarverdi. Mən, dəli!
Valentinov. Bu nə deyir? Bu kimdir?
Aslanbəy. Heç, dəlidir. Özgə deyil, əmimdir. Bir az ağlı oynamış.
Tarverdi. Dəliyəm, çomaqsızam, tazayam, yamaqsızam, bir az yavan və yağsızam, pulum da yox, gücüm də yox, odur ki, çoxdan haqsızam...
Aslanbəy. Bəsdir, yubanmayın, gəlin!
Valentinov. Bu doğrudanmı bir dəli?
Tarverdi. Odunçuyam, bəy deyiləm, odur ki, çoxdan dəliyəm.
Valentinov. Kişi, boş danışma, it get! Əcəlin yetişməmiş sovuş!
Tarverdi. Yer allahın, mən Allahın, sən nəçisən, hə?
Aslanbəy. İtil, cəhənnəm ol!
Valentinov. Fəqət bu heç ağılsız olmasın gərək.
Aslanbəy. Bəli, bəli, odur dəli. Neçin ki, kimsəsiz uşaq, kömək də yox, qızıl da yox, bir az da mərd sifətlidir.
Valentinov. Kimdir o?
Tarverdi. O sərsəri ki, qardaşın bizim əfəndi (Aslanbəyi göstərir) öldürüb, özün də indi axtarır, qaçaq salıb dolandırır. Nədənsə rahat olmayır. Fəqət, qaçın, yaxındadır.
Valentinov. O kimdir?
Tarverdi. Aydəmir!
Valentinov. Fəqət o hardadır?
Tarverdi. Yamacdadır. Söyüddə qarpız axtarır.
Valentinov. Ağacda qarpızmı dedin?
Tarverdi. Çətindirmi? Fəqət düşün. Bu göydə hey bu qarğalar,
bir az düşün. Özün də bir ağacda qarpız kimisən.
Valentinov. Gözlə bu kefli olmasın.
Tarverdi. Kefli odur (göyü göstərir), sayıqlama.
Valentinov. Fəqət bunda düşüncə yox.
Tarverdi. Xeyr, xeyr, düşündüm. Dünən gecə 44 saat düşündüm. Fəqət yenə bilmədim ki, şeytan ilə bu Aslanın təfavütü nədədir? Onda buynuz olmasaydı, bu idi. Ya bu buynuz taxsa idi, o idi.
Aslanbəy. İtil, sarsaq! (Tarverdinin boynundan tutub dümsükləyir; o birilərə) Burada durmaq zərərlidir.
Valentinov. Haydı, hər kəs öz yerinə, bərk durun! (Gedirlər.)
Zeynal (tələsik və acıqlı girib Aydəmirgilin qapısını döyərək). Səlim qızı, Səlim qızı!
İçəridən Səlim qızı və beşyaşlı uşaq çıxır.
Səlimqızı. Nədir, sizə qurban olum? Buyursanız!
Zeynal (çox acıqlı). Zəhər, boğma, dərd, azar. Mənim adım bu vaxtadək dildən-dilə dolaşır. 16 il hökumətin kəndxudası olmuşam. Qızım sizə tay deyil. Çiçək kimi qız saxlayıb böyütmüşəm. Sudan duru adı var. Ona-buna xəbər yayıb Incə belə, Aydəmirə də belə demək ayıbdır! Bəylər mənim kandarımı öpərkən, sizin kimi gədalar qoşulmaq?..
Səlimqızı. Zeynal, vallah, biz heç yerdə İncə sözün...
Ze ynal. Allahıma and içirəm, bu daxmanı alt-üstünə çevirər, od vuraram, torpağı da görünməz. Qan su kimi yol tutar. Qızım sizə tay deyil, ağzınızı toplayın!
Səlimqızı. Zeynal qardaş, biz elə söz demədik. Heç bir zaman cürət edib demərik. Sənin adın-sanın var. Biz bu kənddə iki nəfər kimsəsiz. Yavan çörək, o da güclə tapırıq. Yazıq balam, sən bilirsən, meşələrdə...
Ze ynal. Mən qaçaqdan qorxmuram. Mən çox qaçaq görmüşəm. Mənim qızım xalq dilində bir oyuncaq olmaz. Mənim qızım xalq dilində bir oyuncaq olmaz. Qaçaq-maçaq bu gün sabah bir gülləyə qurban olub gedəcək. Qudurğanlıq sizə xeyir gətirməz. Həddinizi bilin. Bir də əgər belə bir söz eşitsəm, onda məndən görməyin...
Səlimqızı. Axı bunu kim deyir? Zeynal qardaş, biz yazığıq, elə sözlər deməmişik. Sən bizimçin ata ol, sən bizimçin qardaş ol! Biz kimsəsiz adamlar... Zeynalbəyin qızını almaq... Sən bilirsən bir oğlumu 5 ay əvvəl zalım Aslan öldürdü. Aydəmir də, bilirsən ki, dağda-daşda, ona qızmı yaraşar?
Ze ynal. Məni dünya tanıyır. Sözü bir çin söyləyərəm. Su yerinə qan axar. Qızım sizə tay deyil. Sonra məndən görməyin. (Gedərək.) Qızım sizə tay deyil. Yurdunuzu darmadağın yandıraram, yaxaram. Sözlərinə bir baxın, nanəciblər, qudurğanlar, tulalar (Gedir.)
Xaspolad. Ana, neçin Zeynal əmi səni döymək istədi? Neçin bizi söyürdü?
Səlimqızı. Heç, oğlum, söymədi. (Ağlayaraq uşağı içəri aparır.) Gəl, yavrum...
Xaspolad. Ana, mən də sabah gedib pəncərəsin qıraram.
Səlimqızı. Yox, oğlum!
Xaspolad. Ana, neçin ağlayırsan? Sapandımı görmədin? Budur, bax, sabah tezdən gedərəm, gözlərəm, bayıra çıxdı, bir böyük daş ataram, başın-gözün yararam.
Səlimqızı. Yox, oğlum, sonra səni döyərlər.
Xaspolad. Qaçaram. Sən onları qoymazsan, deyilmi?..
Səlimqızı. Mənim gücüm çatarmı? Onlar məni döyərlər. Onlar kişi, mən arvad.
Xaspolad. Sonra, ana, gələr mənim qardaşım da, hamısını öldürər. O kişidir, kişilərdən qorxmayır, deyilmi? Aydəmir bəs evə haçan gələcək?
Səlimqızı. Gələr, oğlum, darıxma. Ona bir söz söyləmə. Böyüklərə daş atma. Salam vergilən, oğlum.
Xaspolad. Ana, əgər mən böyüsəm, heç birindən qorxmaram. Bir tapança alaram.
Səlimqızı (ağlayaraq Xaspoladı qucaqlayır, ondan sonar əllərini göyə qaldıraraq). Ulu Tanrım, sən bu yetim yavrucuğumu əsirgə. Aydəmirə sən yar ol, nahaq bir qan tökməsin. Ona doğru bir yol aç, öz evinə qayıtsın. Ulu Tanrım, kimsəsiz bir ananın göz yaşını unutma. Gedək oğlum, Xaspolad! (Evə gedirlər.)
Bu aralıq Aydəmir əlində tüfəng, çiynində patrondaş olaraq gəlir. Gözləri
ilə bir şey axtarırmış kimi, baxınaraq içəri girir. Aslanbəy,
Valent inov, Dmi tri çıxırlar.
Aslanbəy. Odur, tək özüdür. Yoldaşları gəlməmiş.
Valentinov. Hazırlanın! (A s l a n b ə yə) Sən də tez ol tüfəngini al, qayıt, evdə ona yaxınlaşmaq çətindir, gərək bayıra çıxmasını gözləyək.
Aslanbəy. Bircə yaylım atılarsa, kifayətdir. Hər halda 30 güllə atılarsa, ondan biri dəyəcək. Mən də evdə uşaqlarçın yemək-filan tapşırım. O vaxtadək haman dönüb gələrəm. (Gedirkən)
Kitabxana.az · https://kitabxana.az/works/cabbarli-ince
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ya rəbbi, qıl zəmanədə viranə məktəbi,Etmə nəsib bircə müsəlmanə məktəbi!
Arvadlar deyirlərTanrı kəsibdir bizim ərlərin insafını;Sən ki bilirsən, Baba, onların övsafını?!
Kişilər deyirlərVallah, gətiriblər bizi lap cana qadınlar,Heç oxşamayırlar belə insana qadınlar.
Dəng olduqBəsdir, Baba, danışdın, fəryad sənin əlindən!Bir gün olurmu millət azad sənin əlindən?
Başqa şairlərin şeirləri
Aşıq Pəri, kağız sənə yetişcək,Durmuyubsan gərək bura gələsən.
DeyirKim gələrsə bu cahana lütfi-yəzdanam deyir,Pəhləvanam yer yüzündə əhli-colanam deyir
Nəcmi-geysudarSən ey yüksək fəzalardan aşan səyyahi-zərrinpər!Uzaq, ey nəcmi-geysudar! Uzaq gəz, ərzə yaqlaşma!
Bu günBaşına döndüyüm ay Mah xanım,Ol güllü bağlara varmışam bu gün