Tanrı kəsibdir bizim ərlərin insafını;Sən ki bilirsən, Baba, onların övsafını?!

Düşbərə, bir filməsəl, şit düşər isə əgər,Evdə qiyamət salır, hər nə bilirsə söyər;“Adə, a heyvan qızı”, yoxmudur ağlın məgər?Dinsə əgər arvadı, haydı, doyunca döyər.Tanrı kəsibdir bizim ərlərin insafını;Sən ki bilirsən, Baba, onların övsafını?!

Gündə qumar oynayır, bilməz işin dalını;Baxtalayır arvadın sırğasını, şalını;Içkiyə sərf eyləyir yerdə qalan malını.Kim bizə bənd etdi bu həmşəri hambalını?Tanrı kəsibdir bizim ərlərin insafını;Sən ki bilirsən, Baba, onların övsafını?!Gündə gedir bəlkə bir rus xanımın yanlasın,Arvadını tullayıb evdə pərişanlasın,Yaz buları jurnala, xəlqi-cahan anlasın,Bəlkə o bədüzləri qeyriləri danlasın.Tanrı kəsibdir bizim ərlərin insafını;Sən ki bilirsən, Baba, onların övsafını?!

Axırı arvadların qəlbini xun etdilər,Əqli-səlim əhlini yaxşı cünun etdilər,Əlif kimi qamətin həlqeyi-nun etdilər.Müxtəsər, arvadları xarü zəbun etdilər.Tanrı kəsibdir bizim ərlərin insafını;Sən ki bilirsən, Baba, onların övsafını?!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Satira