Tehrandan-Parisə
Kaç yil oldu, mən sənin babində növbət bəklədim,Sən şərab içdin, a zalım, mənsə şərbət bəklədim.
Xələti şahiyi izzü iftixarimlə geyib,Təxtini aldım əlindən şahi-Iranım deyib.Sanma zülm etdim sənə, mən tacini qəsb eyləyibBunca bil səndən, a zalım, mən məhəbbət bəklədim,Sən inayət qılmadın, bihudə şərbət bəklədim.
Heç maraq etmə, acıqlanma, bu dünyadır behi;Qalmaz əlbəttə mənə Tehran və Təbriz, Rəşt və Rey.Görmə çox başımda dursa zibü zinətlə bu şey.Mən sənin Irani-viranində türbət bəklədim,Sən şərab içdin, a zalım, mənsə şərbət bəklədim.
Bir kəsə verməz aman, eyvah, bu çərxi-bivəfa,Hurilərlə sarmaşıb sən bəxtiyar ol daima.Mən də Iran içrə geysəm çoxmu bir süslü əbaÇünki tacü təxt üçün çox oldu qürbət bəklədim,Sən şərab içdin, a zalım, mənsə şərbət bəklədim.
Kitabxana.az · https://kitabxana.az/works/cabbarli-tehrandan-parise
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Böylə bir zamanda haman şəhərdən – Məhşəddən Nəsrullah adlı bir ölüdirildən şeyxin zühuru və bir neçə gün haman şəhərdən keçib gedəcəyi haqqında bir məktub alınır və bir neçə gün sonra məzhur şeyx bir nəfər Şeyx Ə h m ə d adlı yoldaşla şəhərə varid olur. Mərhum ölülərinin dirilməsi həvəsilə mədhuş olan şeyxi böyük bir ehtiram və məsərrətlə istiqbal və qəbul edir. Şeyxin füsunkar natiqəsi və avamfirab hərəkətləri bütün şəhər əhlini, o cümlədən avam və sadədil Hacı Həsən əmiyə də iğfal ediyor. Şeyx öz hiylə və iğfasında müvəffəq olduğunu görüncə avam camaatın irz-namusuna belə əl atır, gecədə bir məsum qızı nəfsi-heyvaniyyəsinə fəda ediyor. Onların həyatlarını əbədilik zəhərləyir. Bu işlərin həpsini İskəndər görüyor, anlayor və yalnız bir tamaşaçı olaraq qalıyor. Nəhayət, sonra İskəndərin 9 yaşlı bacısı zavallı Nazlıya gəlincə Nazlı bu şeyxə varmaq təklifindən imtina ediyor. Ata-anasının israr və təhdidlərinə qarşı ağlayır, sızlayır, heç birisinə sözünü anlatmadığından qardaşının onu müdafiə edəcəyini və şeyxin qucağına düşmək fəlakətindən onu qurtaracağını ümidlə son bir çarə, bir nicat olaraq “qardaşım razı olursa gedərəm” deyir və haqlı olaraq qardaşının onu qurtaracağı xüsusində verdiyi vədlərə güvənir və böylə bir halda kəndisini şərab şüşəsini başına qondarmaqla məşğul olan qardaşının ağuşi-himayəsinə atmaq istəyir. İskəndər isə onu birəhmanə bir surətdə itələyib yerə yıxır. Zavallı qıza heç bir yardım və müavinət etməyir. Bu aralıq bir təsadüf nəticəsi olaraq şeyxin hiylələri anlaşılır, fəqət bundan əvvəl şeyx qaçmış imiş, nə qədər bir hiss təsadüf olaraq Nazlı şeyxin şəhvaniyyəsi, nəfsaniyyəsi qurbanı olduğu təzahür ediyor və şeyxin hərəmxanasında ağlar bir halda tapılırlar.Demək cinayət irtikab olunmuş, onu İskəndər bilmiş, görmüş və qaytarmaq üçün heç bir şey eləməmişdir. Bu da İskəndər! Binaənəleyh İskəndəri alim və ziyalı bir şəxsiyyət olmaq hissilə kəndisinə yaraşmayan işbu hərəkət və təbiətindən dolayı aşağıdakı qərar üzrə müttəhim ediyor və müqəssir görürük.
Mətbuat və ictimai həyatBu vaxtadək bizdə çıxmış qəzetlərdən hamısı qarşısında az-çox müəyyən və əsrlərdən bəri qurulmuş bir həyat görmüşlər ki, onun az-çox müəyyən cəhətlərilə uğraşmışlardır.Fəqət indi artıq vəziyyət və şərait tam başqa bir mərkəzdədir.
Dövlət Türk teatrındaAprelin 19-da səhnəmizin ən müqtədir aktyoru Abbasmirzə Şərifzadənin şərəfinə “Otello”, “Şahın bərbəri”, “Şeyx Sənan”, “Aydın” və “İblis” əsərlərindən aktyorluq nöqteyi-nəzərilə ən çətin və ağır pərdələri olmaq üzrə birər-ikişər pərdə oynadı. Bir oyunun ən həyəcanlı vəqəsini oyunun əvvəlindən tədricən ruhu hazırlamadan bütün dəhşətlə göstərmək çox güc olduğuna və xüsusilə bu oyunlar Abbasmirzə tərəfindən oynanılan qəhrəmanlara şəxsiyyət və tip etibarilə bir-birilə çox da uyğun olmadıqlarına baxmayaraq, möhtərəm aktyorumuz bu gecə hər pərdədə bir paltar geyinir, başqa bir ad taqınır və təsvir etdiyi vəqələri bütün həyəcanları ilə bütün duyğularını təsvir edərək, aktyorun nə qədər həssas və bir anda müxtəlif simalar taqınıb müxtəlif əhval-ruhiyyə yaşaya bildiyini böyük bir məharətlə göstərirdi.Qalan aktyorlar da onunla umuz-umuza çalışırdılar. Aktrislərdən, xüsusilə, Mərziyə X a n ı m, Məxfurə X a n ı m gözəl idilər. Yalnız Mərziyə X a n ı m öz danışığını düzəltməli və qətiləşdirməlidir. Oyunda olduqca həssasdır. Səsini çox gözəl idarə edir. Yalnız sözləri öldürür. Bu cəhəti düzəldəcək olursa, parlaq bir gələcək gözləyə bilər.
Bizdə teatroBir zamanlar səhnəmiz xalq tərəfindən bir soyuqluq, bəlkə bir düşmənlik belə görüyor, hər addımda hökumət tərəfindən bir maneyə çarpıyor, bir təqibatə təsadüf ediyordi. Vaxt bütün varlığını səhnəyə, gözəllik tanrısına təslim etmiş bir kaç fədakar gənclər, böyük sənət sevincləri var idi ki, bütün bu maneləri, bu səqətləri sarsılmaz qüllələri ilə deviriyor, uçuruyor, səhnəmizi irəli sürükləyorlardı. Bütün siyasi, ictimai və mədəni şəraitin məsa ədsizliginə baxmayaraq səhnəmiz irəliliyordı. Bu gün isə xalqımız yaşadığı siyasi və ictimai inqilablar nəticəsində büsbütün başqalaşmış, səhnəyə də öz münasibətini dəyişib, onun nə olduğunu dərk edə bilmişdir. Hökumət səhnənin irəliləməsinə artıq bir əngəl təşkil etmədiyi kimi, onun irəli getməsinə də çalışıyor, əldən gələn maddi və mənəvi yardımı göstəriyor. Buna baxmayaraq, səhnəmizin uçarcəsinə irəliləməsini gözlərkən mütəəssüfanə cansız bir nöqtədə mıxlanmış kimi durduğunu görüyoruq.Səhnə irəliləməyor. Bunun səbəbi nədir? Hər halda cadular, tilsimlər deyildir. Bu məsələni bir qədər dərindən düşünür, ufaq-tüfək nöqsanları buraxırsaq böylə bir nəticəyə gəlmiş oluruq:
Başqa şairlərin şeirləri · Fələk və tale
Yox bu cahanda dilbəri-ziba sənin kimi,Firdövsidə məgər ola hura sənin kimi.
Belə baxKazım ağa, niyə mat-mat baxırsan,Bizimkidir daha dövran belə bax.
گرم از طالع فرخ رخ جانان شود دیدهز عکس رنگ آن رخسار عین جان شود دیده
Fələyin bir belə dövrü olacağmış, nə bilimFələyin bir belə dövrü olacağmış, nə bilim?Saralıb bağü gülistan solacağmış, nə bilim?